main-post-cover

    Süni zəka robotları öz aralarında ünsiyyət qura biliblər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bildiyiniz kimi bir çox texnologiya şirkətləri son bir ildə süni zəka mövzusunda çoxlu təcrübi araşdırmalar aparırlar. Google”ın süni zəka layihəsi maraqlı bir təcrübə həyata keçirib

    Google Brain komandasından olan araşdırmaçılar üzərində işlədikləri süni zəkanın insan müdaxiləsi olmadan öz aralarında necə ünsiyyət saxlamalarını araşdırıb. Testlərdə Alice, BobEve adlı 3 robot yer alıb və onlar özlərinin yaratdırları kripto dillə ünsiyyət saxlamağa nail ola biliblər.
    Hər bir süni zəka robotuna fərqli bir vəzifə verilib və təcrübədə Alice, Boba sadəcə onun oxuya biləcəyi kripto bir mesaj göndərib. Eve isə bu mesajı anlamağa çalışıb. İlk başlarda Alice və Bob aralarındakı söhbəti gizli tuta bilməsə də, sonradan vəziyyəti ələ ala biliblər. Eve isə 16 bit uzunluqda mesajın yalnız yarısını başa düşə bilib. Geri qalan yarısını isə fərziyə edib deyə bilərik.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər