drzeka zeka kartları

SUP Akselerasiya Mərkəzi sayca 3-cü seçim turuna start verdi

08.05.2017 0 PAYLAŞIM 5687 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"SUP " Akselerasiya Mərkəzi bugündən etibarən sayca 3-cü seçim proqramına start verir. "SUP " - akselerasiya mərkəzi olaraq digər innovasiya mərkəzlərdən fərqlənir. Belə ki, "SUP "da iştirak edən layihələr minumum MVP səviyyəsində olmalıdır. Belə olan halda "SUP " seçilmiş layihələri 3+1 ay müddətində akselerasiya proqramına qəbul edir. Proqram müddətində startaplar müxtəlif mentorlardan dəstək alaraq, ofislə təmin olunurlar. Eyni zamanda akseleraiya proqramı çərçivəsində müxtəlif tədbir və seminarlar baş tutur. Yeni bazara daxil olan startaplar "SUP "un geniş əlaqələrindən də bəhrələnə bilərlər. Proqramın sonunda isə ənənvi olaraq yerli və xarici investorların iştirakı ilə "Demoday " təşkil olunur. "Demoday "də, proqrama qəbul olan hər bir layihə öz təqdimatlarını həyata keçirərək, investorların diqqətini cəlb etməyə çalışırlar.
 
Əgər siz də əsasən qlobal yönümlü və müəyyən səviyyəyə gətirdiyiniz startapınız varsa buradan lazım olan məlumatları daxil edərək qeydiyyatdan keçə bilərsiniz.