main-post-cover

    "SUP" Akselerasiya proqramında iştirak edəcək Startuplar məlum oldu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "SUP”, mərkəzin sayca 2-ci akselerasiya dövründə iştirak edəcək startupları elan edib. 20-dən artıq startapın içərisindən "SUP”, Azərbaycan startup ekosistemi üçün ümid vəd edən 3 startupı akselerasiya proqramına daxil edib. SUP Akselerator, startuplara Azərbaycanda və Beynəlxalq bazarda böyüməyə kömək edən intensiv akselerasiya proqramıdır. 3 aylıq proqram ərzində, startuplar öz məhsullarını hazırlayaraq, qoşulduqları beynəlxalq mühitdə müxtəlif təcrübələr əldə edəcəklər və proqram sonuncu ay keçirdiləcək Demo Day ilə yekunlaşacaqdır.
    "SUP” Akselerasiya proqramına seçilmiş komandaları sizlərə təqdim edirik :

    "SUP" Akselerasiya proqramında iştirak edəcək Startuplar məlum oldu
    Kvotter: Yeni Sitat Paylaşım mobil sosial şəbəkəsidir. Siz asanlıqla, oxuduğunuz kitablardan, jurnallardan, web saytlardan istədiyiniz sitatı bu sosial platforma vasitəsilə paylaşa bilərsiniz. Oxumaq üçün yeni sitatlar axtarın və faydalanın. 

    Websayt | Facebook | Twitter | Linkedin Kvotter haqqında məqaləmiz

    İdarə heyəti: 

    Orxan Əhməd – CEO Linkedin Twitter
    Coşqun Kərimov – Satış Linkedin Twitter 
    Nicat Əsədov – CTO

     

     

    "SUP" Akselerasiya proqramında iştirak edəcək Startuplar məlum oldu
    Moror: Bu sistem müəyyən əlavələr vasitəsi ilə sizin tətbiqinizi analiz edir və müştəri məmnuniyyətindən sistem performansına qədər bütün nəticələri sizə təqdim edir. Startap haqqında ingilis dilində məlumat olmadığı üçün kifayət qədər informasiya toplaya bilmədik.

     İdarə heyəti:
    Behbud Bəşiri – CEO | Linkedin
    Əlirıza Ramazani — Co-Founder | Linkedin

    "SUP" Akselerasiya proqramında iştirak edəcək Startuplar məlum oldu
    Reasy: Restoranlar, barlar, loungelar və s. üçün online axtarış və məlumat platformasıdır.

    İdarə heyəti:
    İbrahim İskəndərov – CEO | Linkedin

    "SUP” yerli startuplar üçün sərmaye, mentorluq, marketinq, biznesin təşkil edilməsi, müştəri qazanma və məhsul ortaya çıxarma dəstəklərini verəcək qaynayan bir qazan rolunu oynayacaq. Dünyanın hər yerindən mentorluq şəbəkəsinin onlarla nümunəsi ilə, Sup, beynəlxalq təcrübəni və ən yaxşı təşəbüsskarlıq mühitini Azərbaycana gətirəcəkdir. Mentorlar siyahısında dünyanın böyük startuplarının rəhbərləri, müxtəlif vençur kapital şirkətlərinin investorları və texnologiya şirkətlərinin aparıcı işçiləri yer alır.
     

    14 May tarixində keçirilən 1-ci "DemoDay" görüntülərinə buradan baxa bilərsiniz.
    Linki kopyala