drzeka zeka kartları

SUP akselerasiya mərkəzinin ilk demoday i yekunlaşdı. Hansı layihələr təqdim olundu?

08.05.2017 0 PAYLAŞIM 7577 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çoxdandır gözlənilən, "SUP " akselerasiya mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "SUP DEMO DAY " tədbiri az əvvəl başa çatdı.

 
10 yerli startapın iştirakı ilə təşkil olunan bu demoday 'də startap sahibləri öz layihələrini investorlar qarşısına çıxardı. 10 startupdan 4-ü "SUP " akselerasiya proqramının iştirakçısı olaraq demoday 'ə qoşulmuşdu. Digər 5 startup isə Azərbaycanda mövcud olan və innovativliyi ilə seçilən layihələr idi.

Demoday 'in birici hissəsində "SUP " akselerasiya proqramında olan 4 startup Flapus, Shrippy, LendockAlkredit layihələri onlara ayrılan 15 (6 dəqiqə təqdimat, 8 dəqiqə sual-cavab və 1 dəqiqə sazlama) dəqiqəni maksimum dəyərləndirdilər. 30 dəqiqəlik kofe fasiləsindən sonra qonaq qismində dəvət olunan 5 layihə ( You Baku, Delivvero, Kvotter, Keepface, Spinal ) investorlar qarşısına çıxdı. Biri-birindən maraqlı təqdimatların olduğu demoday investorlar və layihə iştirakçıların qatıldığı nahar ilə yekunlaşdı.



Demoday 'in əsas məqsədi Bakıda olan məşhur startupları bir araya gətirmək, toxum yatırımı üçün investorları bu tədbirə cəlb etmək və ekosistemin nümayəndələri arasında əlaqələr yaratmaqdan ibarətdir.

20-yə yaxın yerli və xarici investorun iştirak etdiyi bu tədbirin nəticələri hamı tərəfindən maraqla gözlənilir.


Tədbirin canlı yayım video yazısını izləmək üçün daxil olun.

Demoday 'dən ən maraqlı görüntülər: