Super Mario oyunu haqda bilinməyən maraqlı faktlar

403

Hər birimizin sevimli qəhrəmanları Mario və Luigi haqda nə qədər məlumatınız var? Bir çoxlarının sevə-sevə oynadığı bu oyun çox maraqlı tarixcəyə malikdir

İlk əvvəl Super Mario oyununun baş qəhrəmanı Mario haqda danışaq. "Nintendo"nun məhşur Mariosunun paltarının qırmızı rəngdə olmasının səbəbi qırmızı rəngin aydın seçilməsi və arxa planın rəng çalarları ilə uyğunluq təşkil etməsiylə əlaqəlidir. Marionun papaqlı olaraq seçilmə səbəbi isə rəssamın öz işini asanlaşdırması üçün etməsiylə əlaqəli olub. Çünki xarakterik personaj çox hərəkətli biri olduğu üçün hər dəfə yeni bir saç düzümü tətbiq etmək yerinə papaq çəkmək daha asan olub.

Oyunda Mario platformaları keçərkən tullanırdı. Bunu nəzərə alan oyun qurucuları oyun adını ilk əvvəl jumpman qoyub. Bundan əlavə oyunun əsas personajı Marionun ilkin adını mr.video deyə adlandırıblar. Ancaq həmin vaxtlar firmanın ABŞ-dakı ofisinin çox tələbkar sahibi varmış. Adam hər dəfə kiranı ödəmələri üçün canlarından bezdirirmiş. Sonralar onu yola gətirən oyun qurucuları personaja Mario adını veriblər. Adamın tam adı Mario Segale olub. Amma "Nintendo" heç vaxt Marionun tam adını açıqlamamış, sadəcə soyadının da Mario olmadığını bildiriblər. Necə deyərlər hər şərdə bir xeyir var, yəni bəlkə oyunun adı sadəcə mr.video olsaydı bu qədər yadda qalıb, sevilməzdi.

 

Marionun yaradıcısı Joust adlı oyundan ilhamlanaraq "baş xarakterin ikincisi olsaydı yaxşı olar” deyə fikirləşib və ikinci bir personaj yaradıb. Bu xarakterin adı Luigidir. Luigi, Marionun kiçik qardaşıdır. Luigi, Mario ilə eynilik təşkil etsə də ondan bir qədər uzun və arıqdır.

Nintendo, personajların adlandırılmasında müxtəlif şərtlər qoyub. Təbii ki, bu şərtlərdən əsas olanı şirkətin prestijini artırmaq üçün düzgün ad seçimi edilməsi olub. Marionun qardaşının adı Nintendonun mərkəzi binasının yanında "mario & luigi's” adlı pizza yerindən ilham alınaraq adlandırılıb.

Bundan əlavə nəzərinizə çatdıraq ki, Luigi, ruiji sözü ilə oxşarlıq təşkil edir. Yaponcadan ruiji sözünün mənası "oxşar” deməkdir.