main-post-cover

    Super Mario Run oyunu iOS üçün təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS üçün Super Mario Run oyunu təqdim olundu.

    iPhone 7 tədbirində Nintendo-nun bildirdiyi Super Mario Run oyunu artıq rəsmi şəkildə App Store-da istifadəçilərə təqdim olundu.195 MB həcmində Super Mario Run oyunu hələ ki, yalnız iPhone, iPad və iPod touch modelləri üçün aktivdir. Pulsuz olaraq təqdim olunan Super Mario Run, tətbiq içi alış-veriş etmə seçimləri də təqdim edir.
    Sonsuz qaçış rejimində təşkil olunmuş oyunda tətbiq içi alış-veriş həyata keçirərək bir digər hissəyə keçidi asanlaşdıra bilərsiniz.
     
    Oyunun qrafikası inkişaf etdirilib. İstəyənlər oyunu yükləyib oynaya bilərlər. Amma yükləmək mümkün deyilsə, onda saat fərqinin nəzərə alaraq bir müddət gözləməyiniz tələb oluna bilər.
    Oyunda 6 fərqli dünya və 24 fərqli bölüm mövcuddur. Avtomatik irəlləyən Mario-nu ekrana toxunaraq maneələrdən tullanmaqla və qızılları toplaya bilərsiniz.
    Super Mario Run oyununu burdan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər