Super Mario Run oyunu rekord qırdı

159

Nintendo-nun ilk mobil oyunu Super Mario Run-nun sonuncu versiyası yayımlandığı gündən bu günədək çoxlu sayda insan tərəfindən yüklənib.

Nintendo, Pokemon Go oyunundan sonra yenidənSuper Mario Run oyunu ilə yenidən rekorda imza atdı. Oyun yayımlandığı ilk gündən çoxlu sayda insan tərəfindən yüklənib. Super Mario Run oyunu təqdim olunduğu ilk gündə Pokemon Go-nun rekordunu yenilədi.


Super Mario Run sadəcə iOS platformasında yayımlanmasına baxmayaraq bir gün içində2.85 milyon dəfə endirildi. Bundan əlavə çıxış tarixi üçün 2 milyona yaxın insan öncədən qeydiyyatdan keçib.

Bir çox insan Pokemon Go-nun Nintendo-ya aid bir oyun olduğunu düşünsə də əslində Nintendo sadəcə Pokemon Go-nun haqlarını Niantic şirkətinin istifadəsi üçün təqdim etmişdi. Ancaq Super Mario Run oyununun çıxışı və sürətli bir şəkildə yüksək satış payına sahib olması oyunun Pokemon Go-dan daha çox təsirli çıxış etməsinə şərait yaratdı.