Super Mario Run oyununu jailbreaklı cihazlarda necə oynamaq olar?

127

Jailbreak olunmuş iPhoneiPad istifadəçiləri, rəsmi olmayan tətbiqlərin öz cihazlarına yükləyə bilmələri barəsində sərhədsiz imkanlara sahib olurlar. Lakin jalibreak olunmuş cihazlarda çox zaman rəsmi tətbiqlərin işləməmək problemi yaranır. Məsələn "Nintendonun yaxın günlərdə App Store-da təqdim etdiyi Super Mario Run oyunu, jailbreak olunmuş cihazlarda çalışmır. Lakin bunun da həlli var. Jailbreakli iPhone və iPad-də oyunu işə salmaq üçün kənar tətbiqdən istifadə etmək lazım gələcək.

Addım 1. Smartfonda olan Cydia tətbiqinə daxil olun.

Addım 2. Axtarış bölməsinə keçid edin və axtarış sətrində tsprotector yazın.

Addım 3. Daha sonra tsProtector 8+ (iOS 9 & 8) bölməsini klikləyin.

Addım 4. "Set for completiondüyməsini klikləyin.

Addım 5. Smartfondakı ayarlar bölməsinə keçin.

Addım 6. tsProtector -

Addım 7. Həmin bölmədə MARIO RUN işarəsini aktiv edin.

Bütün bunları edəndən sonra Mario Run oyunu rahatlıqla, jailbreak olunmuş iPhone və iPad-də çalışmağa başlayacaq.