"Super Mario Run" stikerləri iMessage-a Gəldi!

214

iPhone 7 təqdimatında elan edilən Super Mario Run oyununun stikerləri iMessage tətbiqi üçün çıxdı! Artıq istifadəçilər bir-birlərinə Super Mario stikerləri göndərə biləcəklər. "Nintendo"nun  bu çıxartmaları  iOS 10-un rəsmi olaraq çıxmasına saatlar qala iMessage tətbiqinə təqdim edildi.

Super Mario Run stikerlərini necə yükləmək olar ?

iOS 10 üçün təqdim edilən stikerlər hal-hazırda  yalnız  iOS 10 Beta versiyasını istifadə edənlər tərəfindən yüklənilə bilər. Ancaq dünən etibarilə təqdim edilmiş  iOS 10 ilə birlikdə yeni versiyaya keçən bütün istifadəçilər bu stikerləri yükləyə biləcəklər.


Stikerləri yükləmək üçün  iMessage tətbiqindən  alt menyunu  açmaq və "+" simvoluna basdıqdan sonra "Mario" axtarışını etmək  lazımdır.

Axtarış bölməsində qarşınıza çıxacaq Super Mario Run stikerlərini yüklədikdən sonra arzuladığınız adama bu stikerləri göndərə bilərsiniz.Stikerlər bir dəfə quraşdırıldıqdan sonra daim iMessage tətbiqinin menyusunda qalacaq  və istənilən zaman istifadə edə biləcəksiniz.

 

Müəllif - Polad Tağıoğlu