main-post-cover

    Sutkada 25 saat nə zaman olacaq?

    07.05.2017
    Farid Pardashunas

    Britaniyalı alimlər Yer kürəsində sutkanın 24 saat deyil, 25 saat olacağı vaxtı təyin ediblər.

    Öz hesablamalarında alimlər eramızdan əvvəl 750-ci ildən 2015-ci ilə kimi olan günəş və ay tutulmaları məlumatlarından istifadə ediblər. Leslie Morrison-un başçılığı ilə olan tədqiqatçılar qrupu günəş və ay tutulmaları haqqında məlumatlar yığaraq qədim Babil, Misir, Yunanıstan, Çin və orta əsr Avropada bir sutkanın neçə saatdan ibarət olduğunu müəyyən ediblər. Qədim sivilizasiyalar, tutulmaların dəqiq qeydini aparırdılar. Buna görə də həmin məlumatlar günümüzə kimi qorunub saxlanmışdır. Bundan əvvəl alimlər, Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin dəyişməsini də nəzərə alıblar. Məlum olub ki, hər 100 il ərzində bir sutka, 1.8 millisaniyə artır. Bunun əsas səbəbi isə qütb buzlaqlarının əriməsi, dünya okeanının səviyyəsinin dəyişməsi, planetin nüvəsi ilə mantiyası arasında olan elektromaqnit qarşılıqlı əlaqələri və s.-dir. Sutkanın 1 dəqiqəyə uzanması 6.7 milyon il ərzində baş verir. Alimlər qənaətə gəliblər ki, gələcəkdə sutkanın uzunluğu artmaqda davam edəcək. Hesablamalara əsasən isə 200 ildən sonra Yer kürəsində bir sutka 25 saata bərabər olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər