Swift proqramlaşdırma dilinin yaradıcısı Chris Lattner nəyə görə "Apple"dan gedir?

208

Chris Lattner, "Apple”dan gedəcəyini elan etdi.

Qeyd etmək lazımdır ki, Chris Lattner, iOSmacOS üçün tətbiqlərin hazırlanmasında istifadə olunan Swift proqramlaşdırma dilinin yaradıcısıdır. "technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən Lattne hansı səbəbdən şirkətdən getdiyini açıqlamayıb. Lakin o bildirib ki, Yanvar ayının sonuna kimi çalışacaq və daha sonra öz bacarıqlarını digər sahələrdə yoxlayacaq. Lattner, "Apple”a 2005-ci ildə gəlmişdi. Həmin vaxtdan isə o Swift proqramlaşdırma dilinin yaradılması üzərində çalışırdı. Sözügedən proqramlaşdırma dilinin prezentasiyasıWWDC 2014 tədbirində baş tutmuşdu. Swift, NeXT platformasına inteqrasiya olunmuşdu. Beləliklə bu proqramlaşdırma dili, iOS və macOS üçün təməl proqramlaşdırma dili hesab olunurdu. Həmin vaxtdan bəri o, bütün dünyada məşhurluq qazandı. Mütəxəssislərin fikrincə Swift çox rahat və güclü proqramlaşdırma dilidir. Statistikaya əsasən tətbiq developerlərinin arasında Swift yalnız "Mozilla Research”ün Rust proqramlaşdırma dilindən geri qalaraq ikinci yeri tutur.