SwiftKey, istifadəçilərə pulsuz fon görüntüləri paylayır

119

Öz rahat mobil klaviaturaları ilə məşhur olan SwiftKey, istifadəçilərinə Yeni il qabağı hədiyyələr göndərməyi qərara alıb.

Belə ki, iOSAndroid versiyalarda işləyən SwiftKey klaviaturalarının bütün fon görüntüləri pulsuz olub. Androiddə yeni fon görüntüləri əldə etmək üçün SwiftKey klaviaturasında hamburger-menyuya klik edib SwiftKey Hub-a daxil olaraq Themes bölməsinə keçid edərək SwiftKey Store-u seçmək lazımdır. Klaviaturanın iOS versiyasında isə Design bölməsinə keçid etmək kifayətdir. Vivid adlı yeni fon görüntülərindən əlavə olaraq yüzlərlə rəngarəng fon görüntüləri də aktiv şəkildə sizlərə təqdim olunur. SwiftKey Keyboard-ı iOS üçün bu linkdən, Android üçün isə bu linkdən pulsuz yükləyə bilərsiniz.