main-post-cover

    IT şirkət haqqında olan "The Circle" filminin ilk traileri

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Film, "The Circcle” adlı böyük internet şirkətdən bəhs edəcək. Şirkət öz istifadəçilərinin elektron ünvanlarını, sosial şəbəkə hesablarını və bank kartları məlumatlarını ümumi şəbəkədə birləşdirir. Bu proses nəticəsində isə insan, universal online identifikator olur. Lakin praktiki səviyyədə çox şey axarınca getmir. Belə ki, texnoloji sahənin təkamülü hesab olunan layihə, əslində daha dəhşətli məqsədlər üçün nəzərdə tutulub. Rejissoru James Ponsldt-un olduğu filmdə baş rolları Tom Hanks, Emma Watson, John Boyega, Karen Gillan və digərləri canlandırıblar. "The Circle” filminin premyerası gələn ilin Aprel ayında baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər