main-post-cover

    Tarixdə iz qoymuş hackerlər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Etdikləri işlərlə diqqət mərkəzində olmağı bacaran hackerlər, hər zaman insanların diqqətini cəlb edirlər. Bu dəfə isə sizə tarixdə ad qazanmış 10 məşhur hacker haqda məlumat verəcəyik.
    Beləliklə, onlarla daha yaxından tanış olaq.

    1. Conatan Ceyms (Jonathan James)

    İnternetdə "comrade” adıyla tanınan Conatan, 15 yaşında olarkən Bell South, Miami-Dade, ABŞ Təhlükəsizlik Nazirliyi və NASA-nın hesablarını oğurlaya bilmişdi. Və buna görə azyaşlı kimi məhkum olunmuşdu. Beynəlxalq Kosmos Stansiyasınıın məlumatlarına sızaraq, əməliyyatın kodlarını da ələ keçirə bilmişdi. NASA bundan xəbər tutsa da 3 həftə boyunca vəziyyəti bərpa edə bilməmişdi. Hackerin əldə etdiyi məlumatların dəyəri 1.7 milyon dollardan çox idi. Sonralarda James bənzəri işlərdə ittiham olunub və etmədiyi əməllərə görə məhkum olacağını düşünərək intihar edib.
     
    2. Vladimir Levin

    Rus hacker Vladimir Levin, 1995-ci ildə "Citibank"ın kompüterlərinə sızaraq, 10 milyon dollara yaxın pulu dünyanın bir çox yerlərindəki banklara yönləndirib. Pulu İsrail, Finlandiya və Kaliforniyadakı banklara nəql edən hacker sonralar İnterpol tərəfindən tutulub və üç il müddətinə həbs olunub. Riyaziyyatçı olan Levin "Citibank"a 12 milyon dollar zərər vermişdi.

    3. Qari MkKinnon (Gary McKinnon)

    Şotlandiyalı hacker Qari MkKinnon, 2001 və 2002-ci illərdə 97 Amerika hərbi şəbəkəsinə sıza bilmişdi. Qari bu saytların hər birinə ayrıca mesaj yazaraq "Təhlükəsizliyiniz bərbaddır” fikrini bildirib. Hackerin əsas məqsədi isə UFO-ların varlığını təstiqləmək olub. Qari MkKinnon [özü tərsini iddia etsə də, ABŞ-a məxsus vacib məlumatların bəzilərini silmiş, 300-dən çox kompüteri yararsız hala gətirmişdi. Bu isə 700.000 dollar ziyan demək idi. ABŞ illərlə Qari MkKinnon-u onlara təslim edilməsi üçün danışıqlar aparıb.

    4. Con MkAfee (John McAfee)

    Tamamilə başqa bir sahədə özünü sınamaq istəyən Con sonradan antivirus proqramı McAfee-i ilə tanınıb. Belə ki, Belizada yaşayarkən bitkilər üzərində araşdırma aparan Conun hətta özünə aid laboratoriyası da mövcud imiş. Amma hökümət onun bu laboratoriyada narkotik hazırladığını iddia edərək, bağlamışdı. Bundan sonra Beliza hökümətindən əvəz çıxmağa çalışan McAfee, hökümətə aid bütün kompüterlərə sıza bilmiş və hökümət əleyhinə sənədlər əldə etmişdir. Sonradan hacker ölkədən qaçıb və özünə məxsus olan McAfee antivirus markasını yaratmışdı.

    5. Astra

    Əsl adı məlum olmayan bu hackerin kimliyi heç vaxt açıqlanmayıb. Sadəcə 58 yaşlı riyaziyyatçı olduğu bilinir. Əsli yunanlı olan bu hacker Fransa şirkəti olan "Dassault Group”un kompüterinə sızmış, şirkətə məxsus silah texnologiyaları haqda məlumatı müəyyən məbləğə başqa şirkətlərə satırmış. 5 il davam edən bu prosesə görə şirkət 360 milyon dollar ziyan çəkmişdi.


    6. Stiv Vozniak (Steve Wozniak)


    "Apple"ın qurucularından biri olan Stiv, əvvəllər hacker olaraq böyük işlərə imza atmağa nail ola bilib. Belə ki, Stiv şəhərlərarası pulsuz telefon görüşlərini təmin etmək üçün cihaz da hazırlayıbmış. Stiv "Mavi qutu” adlandırılan bu cihazla Roma Papası ilə əlaqə saxlamağa çalışıb.

    7. Ceyms Kosta (James Kosta)

    Ceyms Kosta və dostları böyük iş və hərbi kompüterləri hack eləmişdilər. Kosta bu işlərə 14 yaşında başlayıb. Bunların arasında banklar, "General Electric" və "IBM" kimi şirkətlər yer alır. Kiçik yaşlarda 45 belə kiber cinayətə imza atan Kosta, 20 yaşında artıq CIA-nin Afrika və Orta Şərq üzrə casusu işləyirdi. 24 yaşında qurduğu bir internet şirkətini isə "milyon dollarlar” qarşılığında satıb.

    8. Kevin Mitnik (Kevin Mitnick)

    Gənc yaşlarda pulsuz telefon danışıqları təşkil etmək üçün "Sun Microsystems” və "Novell” kimi şirkətlərdən kod oğurluğu edib. Çoxlu sayda fırıldaqçılıq işlərində günahkar hesab olunaraq 5 il həbs cəzası alıb. Həbsdən sonra isə təhlükəsizlik məsləhətçisi kimi fəaliyyət göstərməkdədir.

    9. Adrian Lamo

    "Evsiz hacker” olaraq tanınan Lamo, ABŞ ordusuna sızaraq özəl məlumat bazasına daxil ola bilib. Minlərlə insanın məlumatını ələ keçirən Lamo, hökümətə böyük ziyan vermişdi. Buna görə Lamo 2 il icbari iş və 65.000 dollar pul cəzası alıb.

    10. Devid l.Smit (David L. Smith)

    Smit, Melissa adlı troyan virusunu yazan adamdır. Bu virus ilk uğurlu e-mail virusu olaraq tanınır. Qısa zamanda virus geniş kütləyə yayıldı və 80 milyon dollar zərər verdi. Amma hackerin bu əməli cəzasız qalmayıb, həbs olundu. 20 ay həbs olunan hacker ən təhlükəli hackerlər siyahısına adını yazdıra bildi.



    Linki kopyala