Tarixi xəbər: Robot ilk dəfə ağır "cinayət" işləyərək bir insanı qətlə yetirdi

8078
Wanda Holbrook 2015-ci ilin 7 iyul tarixində bu fabrikdə işə başladığında gələcəkdə onu belə bir qara çərşəbə gününün gözlədiyini bilmirdi.
 
Müstəqil texniki xidmətçi vəzifəsində çalışan Wanda Holbrook ötən həftə eyni firmada çalışdığı iş yoldaşı robot tərəfindən amansızlıqla qətlə yetirilib. İş yoldaşının başını əzən robot ilk real qətl törətmiş robot olaraq tarixiə adını yazdırır. Zərərçəkinin həyat yoldaşının bu həftə başlatdığı məhkəmə isə, dünyada avtomatlaşdırılmış iş yerlərinin sayının azalmasına təsir edə biləcək qərarla yekunlaşa bilər. 


Dünyada bir çox insanlar öz iş yerlərini robotlarla görə itirir, çox az bir qismi isə robotlara görə həyatını itirir. Belə hadisələrdən ən acınacaqlısı idi Wanda Holbrookun başına gəlib. 57 yaşındakı xanım Holbrook, Amerikanın Miçiqan ştatında avtomobil hissələri istehsal edən "Ventra Ionia" şirkətində robotik maşınların baxımı ilə məşğul olurdu. 


Qəzanın meydana gəldiyi şöbə, bamperlərin, dartma bağların və xrom əhatəli plastiklərin istehsalı ilə məşğul idi. Hadisə anında xanım Holbrook, iki elementi qaynaq edən robotlara nəzarət edirdi. Çalışdığı bölgəyə isə robotlar sadəcə yük maşınları üçün lazım olan avadanlıqaları götürmək üçün gəlirdilər. Lakin bu dəfə fərqli hadisə baş verdi. Ərazidə olan robot üzərindəki 100-lərlə kiloqram ağırlığı olan qoşqu vasitəsilə Holbrookun başını əzdi. Digər işçilərin hadisədən xəbər tutduğu anda isə Holbrook ağır kəllə-beyin travmasından keçinmişdi. Şikayətdə isə 130-cu şobə işləyən robotun heç vaxt 140-cı şöbəyə girməməli olduğu önə çəkilir.

Artıq illərdir ki, robotlar və insanlar bir arada çalışır. Lakin bugünə qədər onlar arasında xırda anlaşılmazlıqları çıxmaqla heç bir problem baş verməmişdi. Sarsıdıcı hadisədən 3 həftə əvvəl isə New York Times-da yer alan bir məqalədə böyük fabriklərdə çalışan robotların işinin təhlükəsizliyində bəzi xətatların ortaya çıxdığını və təhlükəsizlik qaydalarına tam əməl olunmadığı yazılırdı.