Teamviewer-a çarpaz platforma dəstəyi gəldi

83

Teamviewer bir çoxları tərəfindən ən çox istifadə olunan platformalardan biridir. Məlumat üçün bildirək ki, Teamviewer əsasən bir cihazdan digərinə qoşularaq onu idarə etmək üçün mükəmməl vasitədir. Belə ki,Teamviewer üçün təqdim olunan yeniliklə siz asanlıqla Android, iOS və ya Windows Phone olmasından asılı olmayaraq çarpaz şəkildə istifadəni təmin edə bilərsiniz.

1.2 milyarddan çox cihazda istifadə olunan Teamviewer-un təqdim etdiyi çarpaz platforma dəstəyi nəticəsində cihazın hansı platformaya aid olmasından asılı olmayaraq mobildən mobilə uzaqdan idarə və ekran paylaşımı edə bilərsiniz.

Teamviewer-un çarpaz platformasının köməyilə iOS platformalı iPad tabletlərinə, Android platformalı ağıllı telefonlarınızla əlaqə saxlaya bilərsiniz. Digər tərəfdən bu bağlantı üçün hər iki cihazda da Teamviewer tətbiqinin yer alması və son versiyanın yüklü olması vacib xarakter daşıyır. Belə olduqda ailənizdən birisinin tabletində problem yarandıqda işinizi tərk etmədən ona dəstək ola bilərsiniz.


Canlı ekran paylaşımı funksiyasının köməyilə təhlükəsiz şəkildə məlumatların alış-verişini həyata keçirə bilərsiniz. Bu bağlantının təhlükəsizliyi isə 256-bit AES şifrələmə2048-bit RSA açar mübadiləsi ilə təmin olunur.

iOS, AndroidWindows Phone üçün Teamviewer tətbiqinin son versiyasını App Store, Google PlayWindows Store üzərindən endirilə bilər.