Təbriklər! İlin ən uğurlu iş adamı Mark Zuckerberg seçildi!

252

"Fortune" jurnalının seçiminə görə bu il iş dünyasının ən uğurlu adı "Facebook" qurucusu və CEO-su Mark Zuckerberg oldu.

İş dünyasının ən nüfuzlu jurnallarından biri olan Fortune, hər il olduğu kimi bu il də iş dünyasına damğa vurmuş adlarını seçdi. Sadəcə texnologiya deyil bütün iş dünyasını əhatə edən bu siyahıda isə texnologiya sektorunun vacib adları  üstünlük təşkil edir. 
Fortune jurnalına görə 2016-cı ilin iş adamı "Facebook" CEO-su Mark Zuckerberg oldu. Mark Zuckerbergi isə e-ticarət sahəsində bir dünya nəhəngi halına gələn "Amazon" şirkətinin CEO-su Jeff Bezos ikinci sıradan izləyir.
Texnologiya dünyasının tanınan adları "Alphabet" ("Google") CEO-su Larry Page, "Microsoft" CEO-su Satya Nadella və "Nvidia" CEO-su Jen Hsun Huang da siyahıda ilk 10-a girməyi bacararkən "Apple"ın CEO-su Tim Cook isə siyahıda 11-ci yer alaraq ilk 10-a girə bilmədi.
Fortune tərəfindən ilin iş adamının Mark Zuckerberg seçilməsindəki ən böyük təsirin isə Zuckerbergin şirkətin strategiyasına uyğun bir şəkildə hərəkət etməsi və bütün dünyanı məmnun edəcək layihələr hazırlaması olduğu deyilir.