Techfall 2016 Hackathon iştirakçıları bəlli oldu!

888

5-6 Noyabr tarixlərində "Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” layihəsi həyata keçiriləcək.

Hackathon—proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon”daproqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər. "Hackhaton”lar mütəmadi olaraq dünyanın bir çox yerində, adətən "Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.

"TechFall 2016 Hackathon” layihəsində də developerlər 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıb münsiflər heyətinə təqdim etməlidirlər. Layihəyə müraciət komandaların arasından 15 komanda seçilərək müsabiqəyə dəvət alıblar. Bu komandaların siyahısı isə belədir:

Droids

Phoenix

SINAPS

PenPineappleApplePen

CENdroid

Scylla

ExtraDream

Hacksters

VMS

Compilers

VolcanoTeam

HelloHackathon

Paranoid Android

"2+1”

Volley