"Techfall 2016 Hackathon" müsabiqəsinə start verildi! Ye, Kodla və Yatma!

719

Bugün səhər saatlarında "Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” layihəsinə start verildi.

36 saat yatmadan, android tətbiqetmə formalaşdıracaq olan komandaların yarışdıqları bu layihənin əsas məqsədi developerlərin həftə sonlarını məhsular və əyləncəli keçirmələrinə şərait yaratmaq və onları bir araya toplamaqdır. Müsabiqədə iştirak edən komandalar ilə buradan tanış ola bilərsiniz.

Technote.az olaraq media dəstəyi verdiyimiz bu layihəyə aid 36 saat ərzində vaxtaşırı sizlərə məlumatlar çatdıracağıq. Bugün saat 19:00-da edəcəyimiz canlı yayım ilə Technote.az Facebook səhifəsindən sizdə Hackathonu canlı olaraq izləyə bilərsiniz.

Techfall 2016 Hackathona aid müxtəlif foto materiallar ilə aşağıdan tanış ola bilərsiniz.