"Technote" nədir? Bu gənclərin məqsədi nədir? Niyə "Technote"? ( 1 il )

2155

Şirkət kimi rəsmi olaraq fəaliyyətimizin 1 ili tamam oldu. Bu zamana qədər bizi izləyən, dəstək verən və hər zaman yanımızda olan istifadəçilərimizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Məhz bu münasibətlə 1 ildir dayanmadan fəaliyyət göstərməyimizin səbəbini və bizim qarşıya qoyduğumuz məqsədləri sizinlə bölüşəcəyik.

Niyə "Technote"?

"Technote" brendi ad olaraq "tech" və "note" sözlərinin birləşməsindən əmələ gəlib və hərfi tərcümədə "texnoloji qeyd" mənasını verir.


"Technote"un məqsədi nədir?

"Technote" Azərbaycanda texnoloji cəmiyyətin formalaşdırılması, gənclərin sahibkarlığa və startaplara cəlb olunmasını eyni zamanda doğma dildə yerli əhaliyə dolğun məlumatların çatdırılmasını əsas məqsəd olaraq qarşısına qoyub.

"Technote" nələri dəyişməyə çalışır?

"Technote" Azərbaycanda normal informasiya cəmiyyətinin yaranmasına, əhalinin şou-biznes, siyasi-iqtisadi və mənfi auralı informasiyadan azad olaraq maariflənməsinə, öz biznesi formalaşdırmasına təşviq edən resursdur. Biz Azərbaycanda illərdir formalaşmış yalançı başlıqlı, pornoqrafik, insanların hisslərinə toxunacaq xəbər yayan saytların istiqamətini dəyişərək bu yolda irəliləməyə çalışırıq.

"Technote"u kimlər təsis etdi?

"Technote" 2015-ci ilin 12 Mart tarixində Fərid Pərdəşünas tərəfindən təsis olunub. Bugün "Technote" komanda olaraq özündə Azərbaycanın istedadlı və müasir, dünya görüşlü gənclərini bir arada birləşdirir. Komandamız haqqında buradan daha ətraflı məlumat əldə edə bilərsiniz. Komanda olaraq məqsədimiz müasir Azərbaycan gənclərinin və onların gələcəyinin inkişaf istiqamətini dəyişib, onların öz bizneslərini qurmağına kömək etməkdir.


"Technote" kommersiya məqsədlidirmi?

Təsis olunduğu gündən 6 ay müddətində komanda var gücünü və maddi qazancını ortaya qoyaraq bu layihənin ərsəyə gəlməsi üçün əlindən gələni edib. Azərbaycanda olan əksər innovasiya və sahibkarlıq mərkəzlərindən yox cavabı alan komandaya 2015-cı ilin Oktyabr ayında Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi dəstək olaraq, layihənin varlığının qorunmasına öz töhfəsini vermişdir. Layihə kommersial məqsəd daşısa da, əsas hədəf olaraq insanlara və cəmiyyətə faydalı olacaq, onları da qazanmağa sövq edəcək şəkildə öz xərclərini ödəmək və cəmiyyətə faydalı olmaq məqsədini güdür.

"Technote" nələrə nail oldu?

1 il əsas fəaliyyətimiz müddətində 355.000 nəfər tərəfindən saytımıza daxilolma qeydə alındı. Bizə nə xoşdur ki, Azərbaycan əhalisinin 355.000 nəfəri ən az bir dəfə bizim saytın informasiyalardan yararlanıb. Saytımızda yer alan 2986 məqalə, 1 milyon 258 min dəfə oxunub. Fəaliyyətimiz ərzində bizə müraciət edən oxucularımızdan 670-dən çoxunun problemi həll olunaraq geri dönüş edilib. Bu müddət ərzində 11 yerli və 4 xarici şirkət bizimlə əməkdaşlıq edib.

"Technote"a necə dəstək ola bilərəm?

Əgər fəaliyyətimizdən yararlanıb və bəyənirsinizsə eyni zamanda bizim daha yaxşı fəaliyyət göstərmiyimizi, gücümüzə-güc qatmağınızı istəyirsinizsə bu məqaləni dostlarınızla bölüşüb, daha çox insanın bizim resursdan xəbərdar olmasına səbəb ola bilərsiniz.

Son olaraq bizi hər zaman izləyən, ziyarət edən, dəstək olan hər bir dəyərli izləyicimizə təşəkkür edirik.