Telefona ehtiyac duymayan möhtəşəm ağıllı qulaqlıq: Vinci

226

Ağıllı qulaqlıq Vinci, özündən başqa bir cihaza ehtiyac duymur və musiqi dinləmək təcrübəsinə dair bir çox yenilik vəd edir.

Vinci qulaqlığını, qulaqlardakı telefon olaraq adlandıra bilərik. Eşitməyə köməkçi olan parçaların ölçüləri bu səbəbdən digər qulaqlıqlara görə bir qədər idi olur. Sadə qulaqlıq funksiyalarından əlavə olaraq Vinci, Wi-Fi, Bluetooth 4.0 aptX, 3G (sim kart ilə) qoşulma, səsli köməkçiaktivlik izləmə xüsusiyyətlərinə sahibdir.

 

Qulaqlığın ön tərəfində 3.2 inç sensor ekran mövcuddur. Bu ekran istifadəçi üçün bir idarə paneli xüsusiyyəti daşıyır. Ağırlığı 260 qram olan cihazın batareya ömrü 10 saatdır.

Standart modeli 16 GB yaddaş həcminə sahib olan Vinci; Soundcloud-dan, Amazon Music-dən və Spotify-dan yüklənən musiqiləri ifa edə bilir. Dərin öyrənmək xüsusiyyəti vasitəsilə musiqi zövqünüzü və alışqanlıqlarınızı başa düşən Vinci, bol-bol sizə uyğun musiqiləri təklif edir. İki tərəfdən fərqli və müstəqil frekanslarda 3 həcmli səs verə bilən binoral qulaqlıq eyni zamanda başınızla etdiyiniz hərəkətləri anlaya bilən sensorlara sahibdir. Qulaqlıq, başınıza taxdığınızda avtomatik olaraq açılır və çıxardığınızda da avtomatik olaraq qapanır. Vinci səsli əmrlərinizi də anlaya bilir.

 

Vincinin Standart Pro olmaq üzrə iki versiyası mövcuddur. 32 GB yaddaş sahəsinə Vinci Pro versiyasının ağıllı səs ertələmə(Smart Noise Cancelling) və səs şəffaflığı (Audio Transparency) olmaq üzrə başqa möhtəşəm xüsusiyyətləri də var. Ağıllı səs ertələmə xüsusiyyəti vasitəsilə arxa plandakı avtomobil, qatar, təmir və s. bənzəri kənar səslər filtrlənir. Beləcə narahat edici xaric səslərdən təsirlənmədən rahatca musiqi dinləmək mümkündür. Səs şəffaflığı seçimində isə vacib səsləri eşitmək mümkündür. Məsələn velosiped istifadə edərkən ya da avtomobillərə açıq bir sahədə gəzintiyə çıxarkən istifadəçinin eşitməli olduğu həyati vacibiyyətə sahib səsləri (siqnal, çağırış və s.) eşitmək mümkündür. İstifadəçinin həyatından söz açılmışkən, "Ağıllı telefonlardan fərqsiz bir cihazın uzun saatlar başımıza taxılı olması bizə nə qədər ziyan vura bilər?” sualını da soruşmadan edə bilmirik. Təəssüf ki, bu suala tam olaraq bir cavabımız da yoxdur.

 
 

Vinci qulaqlığı hazırda bir Kickstarter layihəsi olaraq dəstək toplamağı davam etdirir. Kampaniyanın sonra çatmasına təxminən 1 ay var və 50 min dollar dəstək hədəfinin 3 qatına artıq haradasa çatıb. Kickstarterdakı qiyməti 149 dollardır, lakin erkən sifarişlər üçün qiyməti hələki 99 dollar olaraq qeyd edilib.