Telefonların şarjının 20%-ni tükədən və demək olar ki hər kəsin istifadə etdiyi tətbiq hansıdır?

3131

Android istifadəçiləri, Facebook tətbiqini telefonlarından sildikləri halda, şarj performanslarının 20% artdığı ortaya çıxdı. Aparılan test haqqında ətraflı məlumat aşağıda!

Facebook tətbiqinin, gün keçdikcə artan ölçüsü, artan sistem mənbələri istifadəsi və artan məlumat istifadəsini hamımız bilirik. Tech World Zone adlı bir texnologiya blogunun apardığı test, Facebookun sistem mənbələrinin nə qədər "anasını ağlatdığını" gözlər önünə sərir.

Test hansı səbəbdən aparılıb?

Android blog yazarı Russell Holly-nin apardığı testlərdə, Facebook tətbiqinin telefondan silinməsindən sonra, Reddit tətbiqinin daha yüksək performans göstərdiyini təsbit etdi. 
Reddit istifadəçiləri arasında yayılan bu test, bir çox istifadəçi tərəfindən telefonlarında test edildi. 15 tətbiqdə aparılan testlərdə, Facebook Facebook Messenger tətbiqlərini telefonlarından sildiklərində, digər tətbiqlərin 15% daha sürətli işlədiyini təyin  etdilər.

Daha sonra yenidən aparılan test!

Tech World Zone redaktorları, bilinən bu reallığı təkrar test etmək istədilər. Görəsən "Facebook", 1 il ərzində tez-tez yenilədiyi tətbiqi ilə sistem mənbələrinə qənaət barədə üstünlük əldə edibmi?
İlk həftə Nexus 6P modelində Facebook tətbiqi test edildi. 1 həftə boyunca telefonun güc istifadəsi müşahidə edildi.

Facebook, ümumi sistem üçün olduqca əhatəli bir tətbiqdir. Həm bir çox məlumatı əldə edə bilir, həm də eyni anda bir çox sinxronizasiya işini də reallaşdırır. Toplanan məlumatlar, tətbiqin daha da çox sistem mənbəsi istifadə etməsinə səbəb olur.
2-ci həftə isə, Facebook tətbiqini telefondan silib, yerinə Metal adlı sosial media hesablarını istifadə etməyə yarayan tətbiqlə Facebook istifadəsinə davam edəcək şəkildə yeni bir test başladılır.
Testdə, Facebook tətbiqinin telefondan silinməsi ilə bərabər telefonun hər gün təxminən 20% daha uzun batareya ömrünə sahib olduğu görüldü. 
Androidin öz batareya məlumatları, Facebook tətbiqinin güc istifadəsi ilə bağlı çox da məlumatı bizlərə çatdırmasa da, tətbiqin yüklü olduğu müddətlərdə telefon ekran qapalı rejimində olsa belə, tətbiqin arxa planda çalışmağa davam etdiyi və bunun da telefonun şarj tükətiminə birbaşa təsir göstərdiyini göstərir. Facebookun məlumatları sürətlə əldə etməyimiz üçün apardığı bu daimi sinxronizasiya prosesi, telefonlarda ciddi bir şarj istifadəsinə səbəb olur. 

Baxaq görək Facebook,  "Android"dəki bu və buna bənzər problemlərini nə vaxt həll edəcək?