Telefonu evdə qoymağın 5 üstünlüyü

490

Biz heçdə yeni texnologiyalardan imtina etməyə çağırmırırq. Lakin bəzən telefonu evdə qoymağın 5 əsas səbəbi var. Yəqin ki, yeni nəsil smartfonların bizim həyatımızı yüngülləşdirdikləri faktını təkzib etmək ağılsızlıq olardı. Siz zəngli saat vasitəsilə yuxudan oyanır, hava şəraitini öyrənir, vacib xəbərləri oxuyur, dostlarınızla söhbət edir, Siri-yə sizi maraqlandıran sualları verir, Google Maps vasitəsilə ünvanları tapır və s. bunlara bənzər vacib əməliyyatları yerinə yetirirsiniz. Və bütün bunları kiçik cihazın vasitəsilə edirsiniz. Əgər sizin probleminizi həll edəcək bir mobil tətbiq yoxdursa onda çox güman ki, o hal-hazırda hazırlanır. Smartfon təkcə əyləncə üçün deyil həmdə iş üçün lazımdır. Smartfon həmdə təkcə aksessuar deyil. O faydalı alətdir hansı ki, biz onsuz evdən çıxa bilmirik. Lakin çox zaman smartfonlar əvvəlki yaşam tərzimizi yenidən yaşamağımıza mane olurlar. Bəlkədə buna görə əlaqəsiz qalan zaman biz özümüzü daha azad hiss edirik. Telefonsuz həyatın 5 üstünlüyünü sizlərə təqdim edirik.

Sizin fikriniz daha az yayınacaq

Siz telefonunuza hər iki dəqiqədən bir gələn bildirişlərə baxmayaraq işinizə daha lazımi diqqətinizi ayıra biləcəksiniz. Əgər siz Facebook, InstagramTwitter-də minlərlə adamı izləyirsinizsə və onların şəxsi həyatları sizə maraqlıdırsa onda sizin öz şəxsi həyatınıza belə vaxtınız qalmayacaq. İş ilə şəxsi həyat arasındakı balansı tapmaq asan deyil. Lakin siz işlərinizin çox hissəsini ofisdə başa çatdırsanız onda axşam saatlarını istirahətə və yaxınlarla ünsiyyətə sərf etmək olar. İşə öz mobil cihazınızı aparmayın. Siz görəcəksiniz ki, beləliklə daha çox işin öhdəsindən gəlirsiniz.

Siz rahatlayacaqsınız

Qulaqda qulaqlıq və ya digər cihaz olmayanda bu çox gözəl hisdir. Sizin ətrafınızda yetəri qədər xoşagələn səslər var. Məsələn quşların oxuması, küləyin səsi və s. Adi kitabdan istifadə edin. Onun elektron versiyasından imtina edin. Adi kitabı götürüb hansısa parkda oturun. Onun səhifələrini vərəqləyərəq kağızın hamarlığını hiss edin. Telefonsuz siz rahatlayaraq dincələcəksiniz və sizin diqqətinizin müxtəlif yerlərə ayrılması hissindən azad olacaqsınız.

Siz insanlarla ünsiyyətdən həzz
alacaqsınız

Mətnli ismarıcların, sosial şəbəkələrin və bir çox messencerlərin ortaya çıxması ilə insanlar arasındakı ünsiyyət bir xeyli bayağı hala gəlib. Lakin canlı insan ilə ünsiyyət istəyi heç yerə itməyib. Biz həyatda verən bir çox hadisələrə telefon ekranından baxırıq. Məsələn hansısa idman yarış, sevdiyimiz insan ilə görüş və s. Cihazsız qaldıqda siz anlayacaqsınız ki, digər insanlarla yaratdığınız xatirələr istənilən videodan daha dərin hislər buraxır.

Siz real həyata olan diqqətinizi cələşdirəcəksiniz

Əgər sizin fikirləriniz başqa yerdədirsə onda bəzi şeyləri anlatmaq və hiss etmək qeyri-mümkündür. Instagram-da yüzlərlə bəyənilmə yığaraq sizin səhər yeməyiniz dadını artırmayacaq. Hər-hansı bir fotonu izləyilcilərinizlə paylaşmağınız səyahətinizin daha maraqlı və həyəcanlı olmağında bir rol oynamayacaq. Smartfon və sosial şəbəkələr uşağın gülməyi sevincindən, sevdiyiniz insanın sizi qucaqlamasından, dostlarınızla görüşməyinizdən aldığınız həzzin yalnız qarşısını alacaqlar. İnternetdə deyil, real həyatda yaşamağa çalışın.

Siz həyatınızın bir hissəsinin
toxunulmazlığını təmin edəcəksiniz

Heç kimə maraqlı deyil ki, siz öz itinizi hansı səbəbdən baytar yanına apardınız. Bununla yanaşı hər dəfə mağazaya gedəndə bunu öz sosial şəbəkə hesabınızda bildirməyə ehtiyac yoxdur. Normal olan hal öz həyatınızı yalnız yaxın dostlarınız və yaxınlarınızla paylaşmağınızdır. Digər hallarda isə insanlar hər dəqiqə sizi eşitmək belə istəmirlər. Qalan dünyadan gizli bəzi sirləriniz olsun. Məsələn dostunuzla öncədən həftədə bir dəfə eyni vaxtda və eyni yerdə telefonsuz görüşməyinizi planlaşdırın. Lakin bunu başqa heç kimə deməyin. Beləliklə görüş zamanı siz sadəcə olaraq adi şeylərdən danışsaz belə görüş sizə xüsusi gələcək.

Texnologiyalar hər gün təkmilləşdirilirlər. Lakin hər şeydən xəbərdar olmaq əksinə bizim həyatımıza stress əlavə edir. Buna görədə həftə sonları telefonu evdə qoyub harasa getməyə çalışın. Gəzin, görün, yeni insanlarla tanış olun. Əsl həyat budur.