Telefonunuzun əsl sahibi əslində siz deyilsiniz!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İstifadə etdiyiniz ağıllı telefona nə qədər pul verdiyinizi bilmirik ancaq; o telefonun əsl sahibinin siz olmadığınızı desək nə fikirləşərsiniz?
Telefonlar artıq sadəcə insanları axtarmaq ya da onlara
mesaj atmaq üçün istifadə etdiyimiz cihazlar deyil. Və artıq Snake (ilan)oyununu oynamaq, telefonunuz ilə edə biləcəyiniz ən maraqlı iş deyil.
Günümüzdəki telefonlar, bir vaxtların Nokiaları ya da Motorollalarının əksinə daha çox kompüter kompüterlər kimidir. Hətta kimidir
yox, əslində hamısı bir cib kompüteridir. Və bu "kompüterlər” üçün proqramlar hər
keçən gün daha da vacib hala gəlir.
Lakin bu proqramlar ilə birlikdə ağıllı telefonların idarəsi
əslində yavaş-yavaş əlinizdən çıxır. Yəni başqa cür desək; Telefonlarınızın
sahibi əslində sizlər deyilsiniz!
Buna ən gözəl nümunə olaraq Note 7-ni göstərə bilərik.
Batareyadan yaranan problemlər səbəbi ilə satışı dayandırılan və dünya üzrə
geri çağırılan Note 7 cihazlarını bir çox insan istifadə etməyə davam edirdi.
Bundan sonra Samsung, bir yenilənmə paylaşaraq telefonların bir çox xüsusiyyətini
təsirsiz hala gətirdi. Bu yenilənmə ilə nə telefonunuza taxdığınız SIM kart
aktiv olurdu, nə də cihaz internətə qoşula bilirdi. Əlinizdə sadəcə girib
menyusunda gəzəbiləcəyiniz bir Note 7 qalırdı. Yəni başqa bir deyişlə, pul
verib aldığınız cihaz, cihazı hazırlayan şirkətin istəyi ilə istifadəsiz qala
bilir.
Və bu hadzisə sadəcə Note 7 ilə sərhədlənmir. Samsung-dan HTC-yə, LG-yə hətta iPhone-lara və Lumia-lara qədər, ağlınıza gələbiləcək hər
cür Android, iOS ya da digər əməliyyat sistemləri ilə işləyən cihazları götürək.
Bütün bu əməliyyat sistemlərini istifadə edərkən, o əməliyyat sistemi əsasındakı
proqram təminatı qaydalarını da qəbul etmiş olursunuz. Ancaq bilmədiyiniz bir
şey var; o qaydalar çox da məsum şeylər deyil.
Təbiiki bunu çoxunuz bilmirsiniz çünki heçbirimiz proqram
təminatı qaydaları ilə əlaqəli məlumatları oxumuruq. Əgər oxusaq,
qarşılaşacağımız şey bu olacaq: proqram təminatının sahibləri siz deyilsiniz.
Telefonu aldığınız zaman proqram təminatını da satın almırsınız. Sadəcə onu
istifadə edirsiniz. Bu vəziyyətdə telefonunuzun sahibinin siz deyil, proqram təminatının
sahibi olan firmanın olduğunu anlamırsınız.
Buna görə də Samsung, sadəcə bir yenilənmə ilə Note 7-lərin
bütün funksiyalarını sonlandıra bilir. Çünki telefonların əsl idarəsi proqram təminatı
şirkətlərinin əlindədir. Təbii ki bu vəziyyət sadəcə Samsung ilə əlaqədar
deyil.
Bütün firmalar üçün oxşar şeylər keçərlidir.
Nəysəki bu telefonları və proqram təminatlarını
hazırlayan firmalar, pis niyyətli firmalar deyil. Məqsədləri sadəcə məhsullarını
bəyənmənizə şərait yaratmaqdır. Xüsusiyyətləri artırılan cihazlar, inkişaf
etdirilən proqramlar, həmişə bizə daha yaxşı istifadə təcrübəsi təqdim etmək
üçündür.
Ancaq ya bu firmaların məqsədləri pis olsaydı necə?
Bu telefonun kilidi açıla bilər və fərqli bir əməliyyat
sistemi yüklənə bilər. Lakin telefonun içində yerləşən proqram təminatını dəyişdirmək
mümkün deyil çünki proqram təminatının idarəsi sizin əlinizdə deyil.
Telefonlarımıza jailbreak ya da root-lamaq kimi şeylər edə bilirik. Lakin
bunlar da proqram təminatının idarəsini ələ almamıza şərait yaratmır. Təbii ki
bu vəziyyət telefon və proqram təminatı istehsalçılarının qapınıza bir polislə
gəlib telefonunuzu əlinizdən alacağı ya da size istəmədiyiniz formada proqram təminatlarını
istifadə etməyə məcbur edəcəyləri mənasına gəlmir. Beləki sizə təklif etdikləri
xidmətləri bəyəndiyiniz halda , qarşılıq olaraq bu cihazlara və proqram təminatlarına
yaxşı pul ödəyirik. Yəni ortada iki tərəfli bir alış-veriş mövcuddur.
Samsung-dan və Note 7-dən nümunə verdik amma, Samsung-un
Note 7-yə istiqamətlənmiş yenilənmə siyasəti əslində istifadəçilərin təhlükəsizliyi
üçün edilmişdi. Yəni hazırda bunu rahatlıqla deyə bilərik ki; proqram təminatı
firmaları, müştərilərinə daha yaxşı bir cihaz istifadəsi təqdim etməyi hədəfləyirlər.
Ancaq bu vəziyyət, -bir dəfə daha təkrarlanmaq lazım
olsa- telefonların real sahiblərinin bizlər olmadığı reallığını dəyişdirmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ