Telegram-a, zəng etmək funksiyası gəlir
Sosial Media
07.05.2017
Farid Pardashunas
Məşhur Telegram messenceri, end-to-end şifrələməli zəngləri test etməyə başlayıb.
Sözügedən funksiya hal-hazırda Telegram-ın yalnız beta
versiyasını işlədənlər üçün aktivdir. İstifadəçilərin beta versiyaya keçmələri
üçün, messencerin ayarları bölməsindəki "Switch Backend” düyməsinə klikləməlidirlər.
Beləliklə onlar təkrar qeydiyyatdan keçərək beta versiyaya qoşula bilərlər.
Yeni funksiyanı test etmiş istifadəçilər isə həm mobil internet, həmdə Wi-Fi ilə
yaxşı zəng kefiyyətinin reallaşdırıldığını xəbər verirlər. Test çərçivəsində
yalnız şəxsi zənglər aktivdir. Məlumata əsasən istifadəçi, ona kimin zəng edə
biləcəyini özü ayarlaya biləcək. Bu istənilən Telegram isifadəçisi və ya heç
kim ola bilər. Yeni funksiyanın rəsmi olaraq nə zaman istifadəyə veriləcəyi isə
hələki bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ