Telegram-da artıq oyunlar oynamaq mümkündür

265

Telegram yaradıcıları öz messencerlərinə Gaming Platform 1.0 adlı oyun platformasını əlavə ediblər.

Telegram-da oyun

Nəticədə istifadəçilər çatlarda oyunlar oynaya bilərlər. Hal-hazırda Telegram-da 30-a yaxın oyun aktivdir. Onlardan çoxu @gamee (Gamee studiyası) tərəfindən messencerə yüklənib. Gələcəkdə müxtəlif developerlərdən yüzlərlə oyunun messencerə əlavə olunması gözlənilir. Təqdim olunmuş oyunlardan istəniləni oynamaq üçün oyun botuna bilavasitə müraciət etmək və ya istənilən çatda "@gamee” yazaraq botu çağırmaq lazımdır. Oyunların əsasında HTML5 yerləşir. Beləliklə oyunlar adi veb səhifə kimi yüklənirlər. Nəticədə smartfonun yaddaşında yer tutmaq problemi tamamilə yox olur. Oyunları oynamaq istəyən hər kəsin cihazında Telegram-ın ya 3.13 yada ki, tam yeni versiyası olmalıdır.

Telegram-da oyun

Telegram-da oyun

Telegram-da oyun