drzeka zeka kartları

“Telegram”ın başı İŞİD-ə görə dərddədir

08.05.2017 0 PAYLAŞIM 5472 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Mesajlaşma platforması Telegram, hər ay 2000-dən çox İŞİD əlaqəli kanalı bağladığını elan etdi.

Adı İŞİD ilə birlikdə çəkilməyə başladığından bəri mesajlaşma platforması Telegramın başı ağrıyır. İŞİD üzvləri tərəfindən istifadə edilən Telegram, mediada özü ilə bağlı çıxan mənfi xəbərlərin ardından mövzuyla bağlı rəsmi Twitter hesabı vasitəsilə, hər gün İŞİD ilə əlaqəsi olan 60-dan çox kanalı blok etdiyinə dair açıqlama verdi.

 

Edilən açıqlamada hər ay bloklanmış İŞİD ilə əlaqəli kanal sayının 2000-dən çox olduğu da bildirildi. Əlavə olaraq Telegram; sentyabr, oktyabr, noyabr və dekabr aylarında nə qədər İŞİD kanalının bağlandığını da elan etdi. Buna görə; sentyabr ayında 1987, oktyabr ayında 1800, noyabr ayında 2094 və dekabr ayında indiyə qədər 2118 İŞİD kanalı bağlanılıb.

Telegramın CEO-su və eyni zamanda sosial media platforması olan VK-nın qurucusu Pavel Durov da mövzu ilə bağlı bir tweet atdı. Durov atdığı tweetdə bunları paylaşdı:

"Bəzi media qurumları, Telegram-ın, platformasını İŞİD tərəfindən istifadə edilməsi mövzusunda kifayət qədər səy göstərmədiyini ya da heç bir şey etmədiyini iddia edirlər. Heç bir şey həqiqətən bu qədər uzaq ola bilməz.”




<