Təqdim olunmuş yeni Beats modelləri haqqında bilməli olduqlarınız

385

"Apple” şirkəti yeni Beats qulaqlıqlar seriyasını təqdim edib. Təqdim olunmuş seriyaya 3 yeni qulaqlıq daxil olub.

Seriyaya daxil olan yeni naqilsiz qulaqlıqlar Solo3 Wireless, Powerbeats3 Wireless, BeatsX adlanırlar. Hər üç qulaqlıq W1 mikroprosessoru ilə təchiz olunmuşdur. Qeyd edək ki, həmin prosessor həmçinin Apple AirPods qulaqlıqlarındada var. Solo3 Wireless naqilsiz qatlana bilən qulaqlıqdır. W1 prosessoru vasitəsilə bu model 40 saat avtonom rejimdə çalışmaq gücünə sahibdir. Qulaqlıqda olan sürətli enerji yığma funksiyası sayəsində cihaz 5 dəqiqə müddətinə yığdığı enerji hesabına 3 saat çalışa bilir. Korpusda olan idarəetmə sistemi gələn zəngləri qəbul etməyə, musiqi axınını idarə etməyə və Siri-dən istifadə etməyə imkan verir.

Powerbeats3 Wireless modeli naqilsiz daxili kanal qulaqlığıdır. Bu modelə gəldikdə istehsalçı 12 saat enerjisiz çalışmaq imkanının olduğunu bildirir. MicroUSB vasitəsilə 5 dəqiqə müddətinə yığılmış enerji isə 1 saat musiqi dinləməyi təmin edir. Powerbeats3 Wireless əsasən idmançılar üçün nəzərdə tutulub. Belə ki, qulaqlığın dizaynında olan bərkidici hissələr istifadəçi intensiv məşqlər zamanı qulaqlıqların düşməməsi üçün nəzərdə tutulub. Bundan əlavə olaraq bu qulaqlıqlar sudan qorunma xüsusiyyətinə malikdirlər.

BeatsX təqdim olunmuş qulaqlıqlar arasında ən kompaktıdır. Onlar da naqilsiz daxili kanal qulaqlıq növünə aiddirlər. Lakin bu modeldə xüsusi bərkidici hissələr və sudan qorunma özəlliyi yoxdur. Tam enerji tutumu sayəsində BeatsX 8 saat çalışa bilir. Lightning girişi vasitəsilə 5 dəqiqə müddətinə yığılmış enerji isə 2 saat musiqi dinləməyə şərait yaradır. Beats Solo3 Wireless-i artıq 300$-a ön sifariş etnək olar. Powerbeats3 Wireless payız fəslinin sonuna yaxın 200$ qiymətinə satışa çıxacaq. BeatsX-i isə bu payız 150$-a əldə etmək mümkün olacaq.