main-post-cover

    Təqdim olunmuş yeni üsul internet piratçılığa tamamilə son qoya bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Technote.az-ın "Oszone” mənbəsinə istinadən verdiyi xəbərə əsasən internet piratçılığın qarşısını almaq üçün Apple, Google və Microsoft kimi nəhəng IT şirkətləri pirat resurslarının blok olunması üçün sistem əməliyyatı səviyyəsində çalışacaq üsullar təqdim etməlidir.

    Nəticədə bütün məşhur əməliyyat sistemlərin istifadəçiləri torrent şəbəkələrdən və qeyri-leqal saytlardan istifadə edə bilməyəcəklər. Black Market Watch və Global Initiative Against Transnational Organized Crime mütəxəssisləri tərəfindən hazırlanmış hesabatda bildirilib ki, sistem əməliyyatı sahəsində böyük istehsalçı şirkətlər öz yeni əməliyyat sistemlərinə antipirat filtr-lərin əlavə olunması barəsində motivasiya ediləcəklər. Beləliklə brauzer və digər tətbiqdən asılı olmayaraq istifadəçi pirat resurslardan əməliyyat sistemi səviyyəsində qorunaraq torrent saytlara daxil ola bilməyəcək. Əgər istehsalçıları motivasiya etmək mümkün olmasa əməliyyat sistemlərinə bu üsulun tələbatı beynəlxalq səviyyədə həll olunacaq. Sərt tədbirlər piratçılıq ilə daha effektiv mübarizə aparmağa imkan verəcək. Qeyd edək ki, bu barədə şaiyələr daha əvvəllər də var idi. Belə ki, internetdə məlumat yayılmışdı ki,Windows 10 pirat resursların blok olunması və qeyri-leqal tətbiqləri sistemdən pozmaq xüsusiyyətinə sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər