Tərs psixologiya nədir? Tərs psixologiyanı istifadə edərkən nələrə diqqət yetirmək lazımdır

371

Psixologiyanın ən maraqlı tərəflərindən biri tərs psixologiya anlayışıdır. Xüsusilə uşaqlara istədiklərinizi etdirmək istədikdə və qarşınızdakı uşaq tərs xarakterli biridirsə, onda deyəcəyimiz metodlar sizə çox yardımçı ola bilər. Bu metodlar yalnız uşaqlar üçün deyil, həmçinin özləri haqda çox yüksək fikirdə olan, heç kimin sözünə əhəmiyyət verməyən şəxslər üçün də keçərlidir.

1. Əldə etmək istədiyiniz bir şey varsa, onun əksini iddia edin. Bu sayədə qarşınızdakı sizin əslində istədiyiniz fikir üzərində dayanacaq.

2. Tərs psixologiyanı tətbiq edirsinizsə, çox sakit olmalısınız. Əsas şərt qarşınızdakına həyəcanınızı göstərməməkdir.

3. Belə hallarda əldə etdiyiniz nəticəni hər zaman ağlınızda tutun.

4. Dediyinizin əksini deməkdə israrlı olun və səs tonunuzun sakit saxlanmasına diqqət yetirin. Həyəcan sizi ələ verə bilər.

5. Tərs psixologiya tətbiq edirsinizsə hər zaman mübahisə etməyiniz vacib deyil. Məsələn, qarşınızda sizə dost kimi baxan amma sizin bəyəndiyiniz biri var. Onun dedikləri ilə razılaşın və onunla dost olmağın sizə çox böyük mənəvi rahatlıq bəxş etdiyini bildirin.

6. Birini motivasiya etmək istəyirsinizsə, ona "Bunu bacara bilməzsən” deyə bilərsiniz. Amma bunun üçün də vacib məqamlar var. Məsələn, əgər həmin şəxs məqsədyönlüdürsə, bu söz ona mübarizə gücü verəcək, əks halda ruhdan düşəcək və işi yarımçıq qoyacaq.

7. Tərs psixologiyanı tətbiq edəcəksinizsə üstünüzdə biraz işləyin. Praktika vəziyyəti idarə etməkdə hər zaman yardımçı olur.

8. Bu metodu kimin üzərində tətbiq etdiyinizə diqqət yetirin. Sizin üçün vacib məqamlarda bu üsuldan istifadə zamanı diqqətli olun. Çünki sizin gözlədiyinizin əksi də baş verə bilər.

9. Həmçinin bu metodu həddindən artıq istifadə etməyin. Çünki bunun başa düşülməsi halında "yalancı çoban” vəziyyətinə düşə bilərsiniz.

Tərs psixologiyaya aid bu videoya baxmağı sizlərə tövsiyə edirik.