main-post-cover

    Tesla-nın reklamı bu dəfə fanatları tərəfindən hazırlanacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Tesla, indiyə qədər klassik reklam üsullarına müraciət etməməsi ilə məşhur bir şirkətdir. İndi isə onun yerinə fanatları reklam edəcək.

    Tesla indiyə qədər öz elektrikli avtomobilləri üçün ənənəvi reklamlardan istifadə etməyib. Bunun yerinə etdiyi yeniliklər ilə gələn hörmətinə və xalq ilə münasibətlərinə etibar edib. Ancaq bəzi pərəstişkarlar, şirkətin avtomobillərini o qədər bəyəndilər ki reklamı da özləri etdilər.
    Firmanın pərəstişkarlarından bir nəfər Elon Musk-a bir məktub yazdı və bu reklamların içərisindən ən yaxşısının seçilməsinə istiqamətli bir layihə keçirilməsini istədi. Və o layihə keçirildi: Project Loveday.

    Bu layihə içərisində "Tesla”, 90 saniyəlik YouTube video-larını daxil edir. Bu video-lar Tesla, SolarCity, digər məhsullar ya da firmanın davamlı enerji mövzusundakı digər işləriylə əlaqəli olmalıdır. Müsabiqə, 8 Marta qədər davam edəcək. Ancaq işin içinə dərhal daxil olmadan əvvəl mükafat siyahısına baxmaqda fayda var.
    Müsabiqənin ilham aldığı məktubda mükafatlar, işin yaradıcısının firmanın sosial media kanallarında yer alması və hələ tanıdılmayan bir "Tesla” məhsulunun təqdimatına dəvət edilməsi olaraq təyin olunub. Yəni bu yarışmaya daxil olanlar mükafat olaraq bir Model 3 gözləməli olacaq, iş tamamilə sevgi dolu bir şəkildə edilməlidir. Buradan  layihənin əsas səhifəsinə gedərək müraciət edə bilər və şərtləri oxuya bilərsiniz. Aşağıda isə nümunə üçün hazırlanan bir videonu izləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər