main-post-cover

    Texniki Humanitar Lisey şagirdləri "Barama"nı ziyarət edib, Startaplar ilə yaxından tanış oldular

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    14 Yanvar 2016 tarixində Texniki Humanitar Liseyinin şagirdləri və ADA Universitetinin E-Mba tələbələri Azercell-in "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin qonaqları oldular.

    Startaplara dəstək üçün yaradılmış "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi"nin rəhbəri İmran Bağırovun qarşıladığı qonaqlar, mərkəzdəki şəraitlə yaxından tanış olaraq, mərkəzdə yerləşən startaplarla müzakirələr etdilər. Təşəbbüskarlıq mövzusunda kiçik bir təqdimatdan sonra İmran Bağırov, şagirdlərin suallarını cavablandırdı və mərkəzdə aparılan işlərlə onları tanış etdi.
    "Sumaks” şirkətinin istehsal etdiyi texniki avadanlıqlarla tanış olan qonaqlar, şirkətin məhsullarının hazırlanma prosedurları, satış və marketinq tərəfləri ilə yaxından maraqlandılar. Daha sonra digər startaplarla da tanış olan gənclər, mərkəzin istirahət və əyləncə otağında həm əyləndilər həm də maraqlı söhbətləri davam etdirdilər.

    Startaplara dəstək verən "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”-nin məktəblilərə də hər zaman təşəbbüskarlıq ruhunu çatdırmağa çalışması Technote olaraq bizim də diqqətimizdən yayınmadı. Təhsilin hər pilləsində gənclərə təşəbbüskarlıq ruhunu öyrətmək, onları bir şeylər yaratmağa sövq etmək bəlkə də gələcəyin Steve Jobs-larını, Bill Gates-lərini yaratmağa bizə kömək edəcək.










    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər