main-post-cover

    Texnologiyanın 5 nəhəng şirkəti ortaqlığa başladılar!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    Texnologiya sektorunun nəhəng şirkətləri "Google”, "Facebook”, "Amazon”, "IBM” və "Microsoft” süni zəka işləri barədə iş birliyinə gedirlər. İş birliyinin məzmunu nələrdən ibarət olacaq?

     
    Bu şirkətlər süni zəka anlayışının cəmiyyətdə dəyişməsi və süni zəka işlərinin inkişafı üçün ortaqlıq edəcəklər. Şirkətlər "İnsan Faydası və Cəmiyyət” adı altında başladılan süni zəka ortaqlığının, heç bir hökümət orqanı ilə əlaqəli olmayacağını da qeyd edirlər.
    Mütəxəssislər, şirkətlərin Süni Zəka sahəsində, bundan sonrakı müddətdə sadəcə ortaqlıq çərçivəsində işlərini davam etdirəcəklərinə ya da eyni zamanda öz işlərinə də yer verib-verməyəcəklərinə bağlı hələki bir məlumat olmadığını qeyd edirlər.
    "Technote.az”ın "The Guardian”a istinadən verdiyi xəbərə görə Silikon Vadisinin digər nəhəng texnologiya şirkətləri "Apple” və "Tesla” ortaqlıqda yer almayacaq.
    Linki kopyala