main-post-cover

    Təyyarə illüminatorlarını sensorlu ekranlara çevirdilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Vision Systems” şirkəti, sərnişinlərin əyləncəsi üçün nəzərdə tutulmuş sensor ekranlı təyyarə illüminatorlarını təqdim edib.


    Acti-Vision Window adlı illüminatorlar elektrokimyəvi şüşə və sensorlu ekran (maye kristallik) laylarından ibarətdir. Xüsusi interfeys vasitəsilə sərnişin həmin ekranda veb saytlara daxil ola, video və fotolara baxa bilər. Həmçinin ekranın parlaqlıq səviyyəsini də dəyişmək olar. Bu zaman ekrandakı görüntü pəncərədən baxdığımız zaman gördüyümüz görüntü kimi əks olunacaq. Beləliklə bu rejimdə hava proqnozu, təyyarədən kənarda havanın temperaturu və ya uçuş haqqında məlumatı izləmək daha rahat olacaq. Tam aydın deyil ki, texnoloji illüminatorlarla təyyarənin mərkəzində oturmuş sərnişinlər necə qarşılıqlı əlaqədə olacaqlar. Həmin illüminatorları bir toxunuşla söndürmək olacaq və gün işığının sərnişini narahat etməməsi üçün onları elektrokimyəvi şüşə xüsusiyyəti vasitəsilə qaraltmaq olacaq.

    Linki kopyala