Tez-tez səyahət edənlər üçün xüsusi qulaqlıq

90

IFA 2016 sərgisində yeni xüsusi qulaqlıqlar təqdim olunub. Bu yeni model Sennheiser PXC 480 adlanır. Yeni qulaqlıq xüsusilə tez-tez səyahət edən istifadəçilər üçün nəzərdə tutulub.


Sennheiser PXC 480xüsusiyyətləri

İlk öncə istifadəçinin komfortunu nəzərə alan qulaqlıqların rahatlığı ön planda yer alır və yüksək keyfiyyətli olması ilə diqqət çəkir. Həmçinin qulaqlıq aktiv səs-küylü ərazidə bütün səslərin qarşısını alaraq dinlədiyiniz musiqidən həzz almağa şərait yaradır. Bundan əlavə səsi əngəlləyən bu xüsusiyyəti bir düymənin köməyilə həyata keçirmək mümkündür. Yəni istəyə bağlı olaraq aktiv, deaktiv ola bilir. Bir dəfə şarj etməklə 50 saata qədər aktiv ola bilən Sennheiser PXC 480-in 118dB səs tezliyi mövcuddur.