The Game Awards 2016-nın qalibləri müəyyən olundu

38

The Game Awards 2016 təşkilatçıları müxtəlif janrlarda qalib gəlmiş bu ilin ən yaxşı oyunların siyahısını təqdim edib.

Qeyd etmək lazımdır ki, həmin oyunlar xüsusi münsif heyəti tərəfindən seçilir. Münsiflər heyətinə isə ABŞ-ın ən böyük oyun nəşriyyatlarının nümayəndələri daxildir. Bundan əlavə olaraq adi oyunçular da tədbirin saytında istədikləri oyunlara səs veriblər. Qaliblərin siyahısı ilə sizləri tanış edirik.

İlin ən yaxşı oyunu: Overwatch

İlin ən yaxşı studiyası: Blizzard Entertainment

İlin ən yaxşı indie oyunu: INSIDE

İlin ən yaxşı mobil/portativ oyunu: Pokemon GO

Ən yaxşı süjet xətti: Uncharted 4: A Thief’s End

Ən yaxşı musiqi: DOOM

Ən yaxşı aktyor: Nathan Drake obrazında Nolan North (Uncharted 4: A Thief’s End)

Ən yaxşı rəssam tərtibatı: INSIDE

Ən yaxşı VR oyun: Rez Infinite

Ən yaxşı action janrlı oyun: DOOM

- Macəra/action janrında ən yaxşı oyun: Dishonored 2

Ən yaxşı RPG (Role Playing Game) oyun: The Witcher 3: Wild Hunt – Blood and Wine

Ən yaxşı fighting janrlı oyun: Street Fighter V

Ən yaxşı ailəvi oyun: Pokemon GO

Ən yaxşı strategiya: Civilization VI

Ən yaxşı idman/yarış oyunu: Forza Horizon 3

Ən yaxşı multiplayer oyun: Overwatch

Gələn ilin ən çox gözlənilən oyunu: The Legend of Zelda: Breath of the Wild.