main-post-cover

    The Last of Us 2 yaxın zamanda anons oluna bilər. İlk məlumatlar

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Məşhur jurnalist bu barədə məlumat yayıb.

    Oyun sənayəsinin məşhur jurnalisti shinobi602, Naughty Dog studiyasının sözün yaxşı mənasında səs-küy salmış oyunu The Last of Us-ın ikinci hissəsinin yaxın zamanda anons olunacağına işarə edib. Bir neçə müddət bundan öncə Neogaf forumunda E3 2017 adlı açılmış mövzuda istifadəçilər gələn il şirkətlərin hansı oyunları anons edəcəkləri barəsində müzakirələr aparıblar. İstifadəçilərdən biri The Last of Us 2 oyununu qeyd edib. Shinobi602 isə öz növbəsində çox güman ki, oyunu bu qədər çox gözləməyə ehtiyacın qalmayacağını bildirib. İstifadəçilər həmin dəqiqə düşündülər ki, "Sony” şirkəti oyunu, gələn ay keçiriləcək PlayStation Experience 2016 və ya The Game Awards 2016 tədbirində anons edəcək. Shinobi602 əlavə heç bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər