main-post-cover

    "The Magical Photography Tour" foto müsabiqəsi baş tutdu, qaliblər mükafatlandırıldı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir müddət əvvəl sizlərə elan etdiyimiz, Blogstar təşkilatçılığı ilə keçirilən "The Magical Photography Tourfoto müsabiqəsi 7 Fevral tarixində baş tutdu.
    Finala keçən 15 fotonun sərgiləndiyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçirilən bu müsabiqə, Elviento Art&Crafts Cafedə reallaşdırıldı. Professional fotoqraflar Gülçin Məmmədova, Zaur Nəcəfbəyov və Emil Hüseynzadənin münsif olduğu bu müsabiqədə 1-ci yerin sahibi Yusif Əliyev, 2-ci yer Zöhrab Hacıyev və 3-cü yer Aliya Mollayeva seçildi. Müsabiqədə iştirak etmiş hər bir həvəskar fotoqraf, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən hədiyyələr və Blogstar-dan sertifikatlar ilə təltif edildi.
    Qaliblərə Azərbaycanın ilk onlayn fotomağazası olan Zoom Gallery-dən dəyərli hədiyyələr, Parfüm brendi La Rose-dan ətirlər, Bənövşəyi-dən (İnstax distributor) və Naveen (Geyim Brendi)-ndən endirim kartları təqdim olundu.
    Elviento Art&Crafts Cafedə reallaşdırılan bu fotosərgidə Vanilla.az-ın şirniyyat təamları həm iştirakçıları həm də qonaqların zövqünü oxşadı.
    Technote.az olaraq biz də sərgidə iştirak etdik və Azərbaycan startaplarının istədiklərini əldə edə biləcəklərinin şahidi olduq. Blogstar-ı ağlınızda bir yerlərdə saxlayın, çünki bu komandanın bir gün çox böyük işlər görəcəklərinə inanırıq.







    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər