main-post-cover

    The Magical Photography Tour - Müsabiqə

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bayram ab-havası yaxınlaşır! Foto çəkməyi sevirsənsə və bu ilini daha da yadda qalan etmək istəyirsənsə, bu fürsəti qaçırma. Blogstar bütün həvəskar fotoqrafları yeni il ərəfəsində baş tutacaq "The Magical Photography Tour" adlı foto müsabiqəyə dəvət edir. Müsabiqənin əsas məqsədi potensiallı gəncləri aşkar edib, onlara yüksəlişə şərait yaratmaqla yanaşı, seçilmiş iştirakçılara gözəl yeni il hədiyyəsi etməkdir. Fotolar aşağıda göstərilən kriteriyalarda qəbul olunur:

    • Şəklin janrı: Peyzaj, Gündəlik həyat (food, fashion, composition), Portret 
    • Dijital format: Monoxrom (ağ-qara) və Rəngli 
    • Ölçü və format: 1-5 MB ölçülü .JPEG
    • Digər qaydalar: Şəkildə qətiyyən imza, tarix, logo tipli artıq yazılar olmamalıdır, ən əsası isə müsabiqəyə qatılan iştirakçılarımıza peşəkar fotoqraf olmamalıdır.
    Kriteriyalara uymayan fotolar ilk mərhələdən diskvalifikasiya olunacaqdır.

    Müsabiqə üç mərhələdən ibarətdir:
    • İlk mərhələ kriteriyaların yoxlanışı
    • İkinci mərhələ peşəkar fotoqraflar tərəfindən seçim
    • Sonuncu mərhələ isə finala ad qazanmış iştirakçıların fotolarının sərgilənməsi 

    Fotolar məşhur fotoqraflar Gülçin Məmmədova, Zaur Nəcəfbəyov və 3-cü sürpriz münsif tərəfindən qiymətləndiriləcək. Final mərhələsi isə Blogstarın kreativ dəstəkçiləri ilə finalçıların rəsmlərinin peşəkarlara sərgilənməsi və hər üç janr üzrə qalibin təyin olunması ilə keçiriləcək. Hər üç qalibi bir birindən gözəl hədiyyələr və Blogstar.az saytında xəbərinin dərci gözləyir. Ən əsası isə hədiyyələrimiz sizin üçün dönüş nöqtəsi ola bilər. Bizə nə qədər parlaq olduğunuzu göstərin!

    Həvəskar olmağına baxmayaraq bir o qədər də bacarıqlısansa bizə qoşul!
    Fotolarınızı aşağıdakı mail adresinə göndərə bilərsiniz.
    Deadline: 31 dekabr 2016-cı il
    E-mail adresi: blogstarcollab@gmail.com

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər