Tibb dünyasında qeyri-adi hadisə: Körpə 2 dəfə dünyaya gəldi

364

ABŞ-da baş verən hadisə hər kəsi təəcccübləndirib.

ABŞ-ın Texas ştatında yerləşən Lewisville-da Linli adlı bir körpə dünyaya gəlib. Bu körpə digərlərindən fərqli olaraq bir deyil, iki dəfə dünyaya gəlib. Bu hadisə bir növ tibbin nə qədər inkişaf etdiyini gözlər önünə sərir. Belə ki, ana bətnində olarkən körpədə şiş aşkar olunub və o zaman Linli sadəcə 16 həftəlik imiş.

Həkimlər körpənin doğumunu gözlərkən şişin daha da böyüyəcəyini və bəlkə də buna görə öləcəyini bildiriblər. Zaman keçdikcə şişin böyüməsi körpənin urəyinin fəaliyyətinin də zəiflətməsi səbəb olub. Bunu görən həkimlər 500 qram ağırlığı olan körpəni ana bətnindən alaraq əməliyyat edib.

Təqribən 20 dəqiqə çəkən əməliyyatdan sonra ana rəhminə yerləşdirilən körpə 12 həftə sonra yenidən keysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə hal-hazırda sağ-salamat həyatına davam edir.