main-post-cover

    Tim Cook Şokda: 350 illik rəsm əsərində olan iPhone-un sirri nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple CEO'su Tim Cook, Start Up Fest tədbiri ərəfəsində Hollandiyadı bir muzeyi ziyarət etdi. 350 illik rəsm əsərində olan iPhone Cook-u çox təəccübləndirib.

    Start up Fest tədbiri çərçivəsində Hollandiyanın paytaxtı Amsterdamda olan Tim Cook maraqlı bir hadisə ilə qarşılaşıb. Qoşulduğu bir televiziya verlişində özünə ünvanlanan "iPhone nə zaman və harada ortaya çıxıb?" sualını cavablandıran Cook, Hollandiya muzeyi Rijksmuseum-u gəzərkən bir rəsm əsəri ilə qarşılaşdığını və həmin əsərdə iPhone-u gördüyünü bildirib. "350 illik rəsm əsərində iPhone-un nə işi var? sualı isə Tim Cook-da çaşqınlıq yaradıb.
     
    "keçən axşama qədər iPhone-un harada və nə vaxt ortaya çıxdığını bilirdim ancaq dünən gördüyüm rəsm əsəri məni şoka saldı. Artıq elə də əmin deyiləm, çünki, bu rəsm əsərdində bir iPhone var idi" -deyə zarafat edən Tim Cook-un haqqında danışdığı əsər, Rijksmuseum-də sərgilənən Pieter de Hooch tərəfindən 1670-ci ildə çəkilmiş bir rəsm əsəridir. "Man Hands a Letter to a Woman in a Hall" adlı bu rəsm əsərində Tim Cook-un iPhone-a bənzətdiyi cisim əslində məktubdur. 


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər