main-post-cover

    Timsahla selfi çəkmək istəyərkən xəstəxanalıq oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Selfi artıq insanlar arasında bir adət halını alıb. Bir çoxlarımız sevincli, xoşbəxt zamanlarımızı unudulmaz etmək üçün selfi çəkirik. Amma bu hər zaman belə olmur. Məsələn, Hindistanda insanların selfi çəkməsi qadağan olunmuşdu. Səbəb isə insanların selfi çəkərkən diqqətinin dağılaraq həyatını itirməsidir.
    Bu dəfəki hadisə də selfi ilə əlaqədardır. 41 yaşındakı bir qadın Tailanda yerləşən Khao Yai Beynəlxalq Parkında timsahla selfi çəkdirmək istəyib. Həm qadın, həm də onun yoldaşı timsahla şəkil çəkdirmək istəyərkən timsah qadının ayağını qoparıb. Qadın bölgə xəstəxanasına çatdırılıb.

     
    Xatırladaq ki, bu ilk belə hadisə deyil. Selfi çəkmək həvəsi insanların həyatını təhlükəyə atmağa davam edir. 2015-ci ildə iki nəfər zınqırovlu ilanla selfi çəkmək istəyib və ilan da tənbəllik etməyib onları dişləyib.
    Yəni bu canlılar oyuncaq deyil, onların instinktləri selfini təhlükə olaraq qəbul edir. Diqqətli olun ki, çəkilən selfilər sonuncu olmasın.
    Linki kopyala