Toqquşmadan Qaçan Bowling Topu
Digər
07.05.2017
Farid Pardashunas
"Volkswagen”in Şəhər İçi Təcili Əyləc Funksiyası, bir bowling salonunda elektromaqnit sahələr istifadə edərək hazırlanan bir kampaniya ilə təqdim edildi.
Saatda 30 km-dən az sürətlə gedərkən qarşıdakı avtomobil, maneə və ya şəxslə
toqquşmaya mane olmaq üçün avtomatik olaraq dövrəyə girərək əyləci işə salan Volkswagen Şəhər Daxili Təcili Əyləc Funksiyası; AlmapBBDO tərəfindən
hazırlanan bir reklam kampaniyası ilə təqdim edildi.
Təhlükəsizlik kimi texniki ya da sıxıcı ola biləcək bir mövzunu əyləncəli bir şəkildə başa
salmağı seçən Volkswagen və AlmapBBDO, bunu edə bilmək üçün San Paulodakı
insanların əylənməyə getdiyi yerlərdən birini seçir: Bir bowling salonu. Təcili
əyləc mexanizminin əsas üstünlüyü o bowling salonunda reallaşdırılan bir qrup dəyişiklik
ilə nümayiş etdirilir. Bowling salonundakı oyun xətlərindən birinin altına
gizli bir elektromaqnit səth döşənir. O xəttdəki toplara da maqnit gizlədilir. Mexanizm
isə uzaqdan idarə edilir.
Bütün
bu quraşdırmalar insanlara heç cür bowling oynamağa icazə vermir. Hədəfə
yaxınlaşan toplar hədəfləri aşırmadan tam qarşısındakı xəttdə dayanır. Başda nə
olub-bitdiyini başa düşməyən oyunçular salondakı televizorlarda Volkswagen-in təcili
əyləc mexanizmini nümayiş etdirən videoçarxı izləyərkən olanları anlayırlar və
gülməyə başlayırlar. Həm də 1 saatlıq ödənişsiz (və maqnitsiz) oyun haqqı
qazanırlar.
Nəticə:1200-dən çox şəxs məkanda reklamla birbaşa əlaqəyə girir. Daha sonra videonun
da yüklənməsi ilə minlərlə insan internet üzərindən çalışmanı izləyir. Volkswagen
web saytındakı ziyarətçi sayı artarkən, Volkswagen dillerlərini ziyarət edənlər
tərəfindən də mövzuya dair marağın artdığı diqqəti çəkib.
Aşağıdakı
videodan izləyə biləcəyiniz reklam kampaniyası haqqında fikirlərinizi Facebook
səhifəmizdən uyğun postun şərh qismindən bizimlə bölüşə bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!