main-post-cover

    "Türk Hava Yolları" şirkətinin 2 pulsuz bilet verdiyi yarışma yalan çıxdı (ARAŞDIRMA)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Daxil olan müraciətlərə əsasən, bir neçə gündür Facebook-da ardı-arası kəsilməyən, "Türk Hava Yolları" şirkətinin pulsuz olaraq 174 ədəd 2 biznes-klass bileti hədiyyə etdiyini bildirən xəbəri araşdırdıq.  

    Topladığımız məlumat, fırıldaqçıların son dərəcə inandırıcı görünməsi üçün əllərindən gələni etdikləri saytın əslində nə məqsəd daşıdığını öyrənməmizə kifayət etdi. Cfitstop.Press adlı saytdan yayılan məlumat bir neçə gündür sosial şəbəkələrdə dildən-dilə dolaşır. Şəxsi hesablarımıza belə dostlarımız tərəfindən gələn "Mən 2 bilet qazandım" tipli mesajlar daxil olub. Saytın nə qədər düzgün olub olmadığını bilmək üçün ilk növbədə Türk Hava Yolları-nın rəsmi saytına Türk Hava Yolları rəsmi Facebook səhifəsinə baxdıq, lakin bu barədə heç bir məlumat qeyd edilmədiyini gördük. Biz də birbaşa olaraq özümüz "bu biletləri qazanmağa" qərar verdik və sayta daxil olduq.

    İlk olaraq qarşımıza çıxan səhifədə "Təbriklər! Siz bizim qısa sorğuda iştirak etmək və Türk Hava Yolları-ndan istədiyiniz hər hansı bir yerə 2 ədəd biznes-klass bilet qazanmağa haqq əldə etdiniz. Sadəcə 174 bilet qalıb. Tələsin." mesajı ilə rastlaşdıq. Sorğuda olan hər üç suala nə cavab versək də sonunda yenə eyni nəticəni aldıq və guya ki, "Türk Hava Yollarına yollanan cavablarımız" analiz edildikdən sonra bizim 2 Bileti qazadığımız nəticəsi ortaya çıxdı.  

    Sonrakı mərhələdə isə bizdən Facebook-da saytı paylaşmağımız və şərh yerinə  "Biletlər üçün təşəkkürlər" daxil etməyimiz tələb edilir. Daha sonra isə 15 ədəd dostumuza bu "2 Bilet Hədiyyə Verən" saytı mesaj ilə göndərməli və biletləri əldə etmək istəyimizi bildirməliyik. Bütün mərhələləri tamamlasaq da biz o biletləri heç cür əldə edə bilməyəcəyimizi anladıq və saytı biraz daha analiz etdik. 

    Sorğuya cavab verdikdən sonra saytın aşağı hissəsində "Facebook istifadəçilərin şərhləri" görünür. Lakin diqqətlə baxdıqda əslində bu şərhlərin belə saxta olduğunu müşahidə edirik. Yenilənməyən, bəyəndikdə bəyənmə sayı artmayan şərhlər sayta inandırıcı görkəm vermək üçün əlavə edilib və şərhlərdə hərkəs, sanki bilet əldə ediblər və buna görə təşəkkürlərini bildirirlər. 
    Saytda "Türk Hava Yolları"na dair heç bir keçidin olmaması və məlumatın rəsmi mənbələrdə əks olunmaması onsuz da bu saytın saxta sayt olduğunu və reklam məqsədli yaradıldığını açıq aşkar ortaya çıxarır.  

    Araşdırırma apararkən saytda həddindən artıq vaxt qaldığımızı görən və fərqli səhifələrə daxil olduğumuzu hər nə yol iləsə anlayan sayt rəhbərliyi Technote-un ofisinin IP adreslərinin sayta girişini məhdudlaşdırdılar. Sayta hal-hazırda Wifi şəbəkəmiz üzərindən daxil ola bilməsək də, mobil telefonda internet paketiylə daxil olmaq mümkün oldu.   

     Facebook istifadəçilərini bu bilet fırıldağına aldanmamağa və daha çox insanın bundan xəbəri olsun deyə araşdırmamızı paylaşmağa dəvət edirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər