main-post-cover

    Trump hack edildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amerika Birləşmiş Ştatları-nin Prezidenti Donald Trump-ın internet saytı İraqlı bir hacker tərəfindən hack edildi. Hacker-in sayta yazdığı mesaj isə olduqca diqqət çəkir.

    Amerika Birləşmiş Ştatları-nin yeni prezidenti Donald Trump-a, bir neçə dəfə müxtəlif yollarla hackerlər tərəfindən etirazlar edilmişdi.
    Yerli radio stansiyasını hack edib Trump-a qarşı söyən mahnılar yayımlamaq kimi qəribə yollara əl atan hackerlər bu dəfə işi daha da böyütdülər. Ötən günlərdə İraqlı bir hacker Donald Trump-ın rəsmi internet saytını hack etməyi bacardı. Qısa bir müddət ərzində mediada özünə yer tapan İraqlı hacker-in şəxsiyyəti hələ məlum deyil.
    Hadisə ilə bağlı xüsusi olaraq maraqlanan İtaliyalı təhlükəsizlik mütəxəssisi Paolo Attivissimo, hacker-in istifadə etdiyi üsulun olduqca sadə olduğunu bildirdi və qeyri-professional bir iş olaraq qeyd etdi.
    XSS boşluğu səbəbindən hack etdiyi təxmin edilən hacker-in saytdan yayımladığı mesaj isə olduqca diqqət çəkdi.
    Sayta "İraq-dan sevgilərlə” mesajı yazan hacker, xüsusən bu mesaj ilə olduqca diqqət çəkdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər