Trump-ın Prezident seçilməsindən sonra milyonlarla insan "Faşizm"in mənasını Googleda axtarışa verib

265

"Google"un axtarış trendləri hesabatlarına görə, Donald Trump-ın prezident seçilməsindən sonra yaşanan mübahisələr axtarış trendlərinə də yansıdı, ancaq bu yansıma həqiqətən də çox maraqlıdır.

Seçimlərdən sürpriz bir şəkildə qalib olaraq çıxan və ABŞ Prezidenti olan Trump ilə birlikdə başlayan mübahisələr, axtarış şəbəkəsi "Google"un hesabatlarına da çox qəribə formada yansıdı. 
ABŞ və dünyada saysız insanın, 9 Noyabrdan etibarən "FAŞİZM" sözünün mənasını axtardığı ortaya çıxdı. Eyni zamanda irqçilik, mizojini (qadın düşmənliyi) və əcnəbi düşmənliyi qavramlarının da oxşar formada anidən yüksəlişə keçdiyi diqqət çəkir.
Televiziya və internetdə yaşanan mübahisələrdə keçən bu sözlərin nə mənaya gəldiyini öyrənmək istəyən insanların sayının bu qədər çox olması eyni zamanda faşizm və ya irqçilik kimi qavramlardan bixəbər insanların sayının çox olduğunu da göstərir. 
50 il əvvəl dünyanı yox olmanın eşiyinə gətirən İkinci Dünya Müharibəsinin qaynağı olan bu qavramların, 50 il içində bu qədər sürətlə unudulmuş olması da insanoğlunun eyni xətaları təkrar-təkrar etmək xasiyyətinin işarəti olaraq görülür.
Seçim nəticələrinin açıqlanması və Trump-ın Prezident olacağının anlaşılması ilə bərabər Kanada dövlətinə aid miqrasiya şərtlərinin açıqlandığı veb saytın çökməsi də, ABŞ Prezidentlik seçimlərinin internetə yansımasına dair digər bir maraqlı fakt oldu.