"Türk Hava Yolları"nın yeni reklamında Zach King yer alıb

186

Technote komandası olaraq hər zaman şirkətlərin reklam çəkimlərinə diqqət yetirmişik. Çünki reklam insanların bir məhsula və ya xidmətə diqqət yetirməsi üçün ən asan və təsirli sosial vasitədir. Bu dəfə isə maraqlı reklam nümunələrindən biri olan Türk Hava Yollarına məxsus reklam çarxını təqdim edirik. Bu qısa reklam çarxı digərləri kimi diqqət çəkəndir. Səbəb isə bu reklamda Zach King-in yer almasıdır. Nəzərinizə çatdıraq ki, Zach King YouTube-da təqdim etdiyi maraqlı Vine-ları ilə çoxlu sayda izləyicinin diqqətini çəkməyi bacaran youtuberdir. Onun çəkdiyi videolar istər ölkəmizdə, istər dünyada bir çox insanlar tərəfindən maraqla izlənir. Bunu nəzərə alan Türk Hava Yolları bu dəfəki reklam çarxında yer alması üçün məhz Zach King-i dəvət edib.

Hər biri təqribən 8 saniyə çəkən 2 reklam çarxı qısa və maraqlıdır. Xatırladaq ki, belə reklam nümunəsi Türk Hava Yollarında ilk deyil. Bundan əvvəl şirkət öz reklamlarında Messi Kobe Bryant kimi məşhurlara yer vermişdi.

Video #MagicOnBoard haştaqi ilə şirkətin rəsmi Facebook hesabında paylaşılıb.