Türkiyə höküməti, rusiyalı səfiri qətlə yetirmiş şəxsin iPhone cihazını hack etməyə çalışır
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Türkiyə höküməti, "Apple”dan, rusiyalı səfir Andrey Karlovu qətlə yetirən şəxsin iPhone cihazını hack etməyi xahiş edib.
Qeyd edək ki, Türkiyənin Rusiyadakı səfiri Andrey Karlov bu
həftənin bazar ertəsi Ankaradakı fotosərginin açılışı zamanı qətlə yetirilib. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən səfiri, 22 yaşlı keçmiş
polis Mevlut Mert Altıntaş qətlə yetirib. O, Karlovu bir neçə dəfə odlu
silahdan atəş açaraq qətlə yetirib və bu əməlinin səbəbini Rusiyanın, Siriyadakı
hərbi əməliyyatları ilə əlaqələndirib. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən nəticədə terrorist Türkiyənin təhlükəsizlik
orqanları tərəfindən öldürülüb. Sonradan terrorçuda iPhone 4s smartfonu aşkar
edilib. Smartfon, 4 şifrəli kod ilə qorunur. Türkiyədəki rusiyalı səfirin
öldürülməsi barəsindəki istintaqa 120 nəfərdən ibarət mütəxəssis heyəti cəlb
olunub. Həmçinin onların arasında terrorçunun smartfonundakı məlumatları incələməyə
yönəlik Türkiyənin xüsusi dövlət orqanları nümayəndələri də daxildir. Lakin
buna baxmayaraq iPhone-u hack etmək mümkün olmayıb. Məlumata əsasən Rusiya tərəfi, iPhone-u hack etmək üçün öz mütəxəssislərini Türkiyəyə göndərəcək. Bununla
yanaşı Türkiyə höküməti iPhone-nun aktiv edilməsi barəsində "Apple” şirkətinə
müraciət edib. Şirkət isə hələki hadisə ilə bağlı fikir bildirməkdən imtina
edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)