Türkiyədə bir gənc Facebookda canlı yayım edərkən intihar etdi.

1260

Türkiyədə Osmaniyyə-Düziçində yaşayan 22 yaşındakı Erdoğan Ceren, Facebookda canlı yayım edərkən ov tüfəngi ilə qarnına atəş açaraq həyatına son verdi.

Dünən gündüz saatlarında yaşanan bu hadisə çoxlarına pis təsir edib. Facebookda "Eşqimiz dastan yazacaqdı, Hanı gözlərin ağlamayacaqdı, İndi de mənə gedirmisən yar, Əllərim sənsiz yanacaq mı" şəklində bir dördlük və arxasından "Canım bacım və oğlu" başlıqlı iki şəkil paylaşan Erdoğan Ceren, sonrasında Facebookun canlı yayın tətbiqini açdı. Əlində ov tüfəngi ilə "Onun üçün öləcəyimə heçkim inanmadı. Alın izləyin." deyən Erdoğan, daha sonra tüfəngi qarın boşluğuna dayayaraq tətiyi çəkdi. İlk dəfəsində uğursuz olan Erdoğan Cerenin tüfəngi, ikinci yoxlamasında atəş aldı. 

Tüfəngin atəş alması ilə birlikdə Erdoğanın telefonunun ekranı da anidən qaraldı. Daha sonra yaşadığı evə gələrək cəsədini tapdıqları Cerenin yaxınları hadisəni polislərə bildirdilər. Erdoğan Ceren, təəssüfki aparıldığı xəstəxanada həyatını itirdi. 

ÜRƏYİ ZƏİF OLANLARIN VİDEOYA BAXMAMALARI MƏSLƏHƏTDİR!