Türklərin yaratdığı, Görmə qüsurlular üçün ağıllı dəyənək WeWALK, 24 saata 74.000 Azn dəstək topladı

334

Türkiyənin telekommunikasiya nəhəngi "Turkcell” və "YGA” tərəfindən qurulan və dəstəklənən dəstək toplama platforması Arıkovanı, ağıllı dəyənək WeWALK adlı iddialı bir layihəyə daha ev sahibliyi edir.

WeWALK, görmə qüsurlu insanların həyatlarını asanlaşdırmaq hədəfi ilə hazırlanan ağıllı bir dəyənəkdirƏngəlsiz Hackhaton tədbirində (1-ci yer) görmə qüsurlu şəxslər üçün ağıllı eynək hazırlamaq istəyən startupçılar, beyin fırtınası edərək ağıllı bir dəyənək fikrinə keçid ediblər. Daha sonra YGA-lı mühəndis komandası ilə birlikdə WeWALK-u həyata keçiriblər. Türkiyənin ən böyük texnologiya firmalarından olan "Vestel” də məhsulun istehsal prosesində təcrübə və məlumat mübadiləsi ilə gənclərin layihələrində aktiv olaraq rol alıb.

Bildiyiniz kimi milyonlarla görmə qüsurlu insan, yerdəki manelərin fərqinə varmaq üçün bir dəyənəyə ehtiyac duyur. Ağıllı dəyənək WeWALK da illərdir sadə formada istifadə edilən bu aləti olduqca bacarıqlı bir hala gətirir. WeWALK, yerdəki maneələr ilə yanaşı, baş/gövdə səviyyəsindəki maneələri (ağac budağı, avtomobil nişanları və s.) də xəbər verir və bluetooth ilə istifadəçinin mobil telefonunu idarə etməsinə şərait yaradır. Əlavə olaraq bağlı sahələrdə səsli sorğu vasitəsilə istənilən məkana asanlıqla gedə bilməyi mümkün edir.

Fərqli mobil tətbiqlər ilə zənginləşdirilə bilən WeWALK, aldığımız məlumatlara görə ilk inteqrasiyanı "Turkcell Hayal Ortağım” tətbiqi ilə edəcək.

24 Saatda 140 min TL (74.000 AZN) dəstək topladı

İki yüz min TL hədəf ilə Arıkovanı-nda dəstək toplamağa çalışan WeWALK, Vestel və Turkcell tərəfindən "matchfunder” olaraq dəstəklənir. Yəni hər bir WeWALK alışında Vestel və Turkcell 1 ədəd WeWALK alaraq layihəyə dəstək olur. Beləliklə WeWALK-in sadəcə 24 saat içərisində topladığı dəstək 140 min TL-ni keçib. Yazını tərcümə etdiyimiz mənbə olan Webrazzi yazarı qeyd edir ki, o bu məqaləni yazdığı sırada artıq bu rəqəm, 163 min TL-yə çatmışdı (mən isə yoxladığımda artıq 170.000-ə çatmışdı) və sürətlə artmağa davam edirdi.


WeWALK-un gördüyü bu böyük maraq zənn edirik ki, Türkiyə üçün bir rekord səviyyəsindədir. WeWALK-un texnoloji istehsal və sosial məsuliyyət layihəsi olaraq çox vacib bir startap olduğunu deyə bilərik. WeWALK layihəsinə dəstək olmaq istəsəniz "Arıkovanı dəstək səhifə”sinə ziyarət edə bilər və 559 TL (293 Azn)-dən başlayan dəstəklərlə bir WeWALK ala bilərsiniz. Hazırda sənayedə istehsal prosesində olan WeWALK-ın təxminən 2017-ci ilin İyul ayında satışa veriləcəyi gözlənilir.